Latviyadan yeni QƏRAR - Rusiya vətəndaşlığı olanlar orduya çağırılmayacaqlar
Latviyada hərbi xidmətlə bağlı yeni qərar imzalanıb. Belə ki, istisna halında Rusiyanın ikinci vətəndaşlığını saxlayan Latviya vətəndaşları orduda hərbi xidmətə çağırılmayacaqlar. Bu barədə ölkənin Nazirlər Kabinetinin hərbi xidmət haqqında dəyişikliklərlə bağlı təsdiq etdiyi qanunda öz əksini tapıb.
Dəyişikliklər Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası və NATO-ya üzv ölkələrin, o cümlədən Avstraliya, Braziliya, Yeni Zelandiya və digər dövlətlərin ikinci vətəndaşlığını almış şəxslərin Latviya Silahlı Qüvvələrində xidmət etmək imkanını nəzərdə tutur. Latviya qanunları latviyalıların ikinci vətəndaş kimi Rusiya vətəndaşlığına malik olmasını tələb etmir.
Mətləb Salahov