KÖHNƏ VERSİYA            

Türkmən qardaşlarımız erməni oyununa gəldilər - Sayat Nova hardan erməni oldu...

Image

Azər Həsrət: “Məhtimqulunun yanı başında Sayat Novaya abidə qoyulması, əlbəttə ki, xoş bir şey deyil”

Türklərə qarşı açıq düşmənçilik edən ermənilər hansısa yollarla qardaş Türkmənistana yaxınlaşmağa meyl edirlər. Onlarla türkmənlərin arasında heç bir tarixi bağ olmadığı halda özlərini türkmən xalqına “dost” kimi göstərməyə çalışırlar. 

Təəssüflər olsun ki, gerçəklikləri araşdırmağa o qədər də həvəs göstərməyən türkmənlər asanlıqla erməni toruna düşürlər. Belə olmasaydı, onlar Sayat Novanı (Səyyad Nəva) erməni aşığı” kimi qəbul edib ona Türkmənistanın paytaxtı Aşqabad şəhərində, Məhtimqulu parkında abidə ucaltmazdılar.

Mətbuatda və sosial şəbəkələrdə yaylan məlumatlara, fotogörüntülərə görə, Türkmənistan paytaxtında "erməni aşığı” Sayat Novanın abidəsinin açılışı olub. Məlumatlara görə, açılış mərasimində Ermənistan nümayəndə heyəti, 20 ölkədən qonaqlar iştirak edib. 

Halbuki, Sayat Nova-Səyyad Nəva alban-türk aşığı və şairdir, o, öz şeirlərini Azərbaycan dilində yazıb, bu dildə təbliğ edib. Onun ermənilərlə heç bir əlaqəsi olmadığı halda, onu ermənilər öz adlarına çıxırlar. Səyyad Nəvanın xristian dininə tapınması o demək deyil ki, o erməni olub, o öz dinini saxlayan alban-türk olub. Bunu tarixi mənbələr də, tədqiqatçıların üzə çıxardığı faktlar da təsdiqləyir. 

Abidədə Səyyad Nəva (Sayat Nova) əlində kamança ilə təsvir olunub. Dediyimiz kimi, nə onun, nə də kamançanın ermənilərə aidiyyəti yoxdur, bunu türkmənlər yaxşı bilməlidir axı. 

Tutalım, o erməni aşığıdır (baxmayaraq ki, ermənidən aşıq olmaz), bəs nə üçün Azərbaycanla hələ sülh müqaviləsi imzalamayan, hələ də bizə qarşı torpaq iddiasından əl çəkməyən Ermənistana, ermənilərə qucaq açır, hansı səbəbdən ermənilərin hiyləsinə uyğub o abidəni ucaldır?  Türkmən qardaşlarımız niyə ermənilərin toruna düşür? Ermənilərə nə üçün belə xoş münasibət göstərirlər?

Ekspertlər bildirir ki, Türkmənistanla Ermənistan arasında yaxşı münasibətlər var, bir müddət əvvəl İrəvanda böyük türkmən şairi Məhtimqulunun 300 illik yubileyi münasibətilə sərgi də təşkil edilib. O da vurğulanır ki, türkmən və erməni alimləri qarşılıqlı olaraq əməkdaşlıq edir, Türkmənistanda keçirilən elmi konfransalara ermənilər də dəvət edilir, onlara tribuna verilir, bu da onlara öz saxtakarlıqlarını təbliğ etmək üçün imkan yaradır. Bir türkdilli ölkədən ermənilərə belə isti  münasibət bəslənməsini duymaq doğrudan da çox ağırdır. Amma nə edək ki, hər dövlətin öz siyasi maraqları var...   

Qeyd edək ki, yazar Azər Qismət öz sosial şəbəkə hesabında “Türkmənistanın paytaxtı Aşqabadda, Məhtimqulu parkında Sayat Novanın abidəsi ucaldılıb. Açılış mərasimində Ermənistan nümayəndə heyəti, 20 ölkədən qonaqlar iştirak edib. Türkmənistan müstəqil ölkədir, kimin abidəsini istəsə ucalda bilər. Sadəcə, gərək xəbər saytlarında Sayat Nova şair olmaqla yanaşı, aşıq kimi təqdim edilməyəydi. Türkmən qardaşlar yaxşı bilir ki, aşıq sənəti azərbaycanlılara məxsusdur. Bir də çox istərdik ki, Məhtimqulu parkında Höte, Dante, Şota Rustaveli, Dostoyevskinin abidələri ilə yanaşı, Nizaminin də heykəli ucaldılsın. Sayat Novanın əlində tutduğu isə qopuz, ya sazdan çox kamançaya bənzəyir. Səhv edə bilərəm. Şərqə məxsus çalğı alətinin erməninin əlində əks etdirilməsi, heç də yaxşı görünmür”-deyə yazıb. 

“Ora bütün türk dünyasının zəif nöqtəsidir, ermənilər də bundan istifadə edib” 

Siyasi şərhçi Azər Həsrət  “Bakı-Xəbər”ə şərhində “Çox təəssüflər olsun ki, Türkmənistan ümumi qlobal müstəvidən özünü kənara çəkir. Eyni zamanda da türk dünyası ilə bağlı proseslərdə arzuolunan fəallığı göstərmir. Yəni o ölkənin fəaliyyəti, yanaşması ümumiyyətlə türk inteqrasiyasında elə də böyük rol oynamır. Çox təəssüflər olsun ki, onlar guya neytrallıq adı altında  özlərini faktiki olaraq təcrid ediblər. Ermənilərin də orada aktivləşməsi təsadüfi deyil. Çünki ermənilər bir qayda olaraq zəif nöqtələri tapırlar, hardasa olan boşluqları dərhal fərq edirlər və həmin boşluqlardan öz məqsədləri üçün istifadə edirlər. Bu da növbəti istifadə cəhdidir və təəssüflər olsun ki, alınıb. Əlbəttə, Sayat Nova ilə bağlı fərqli fikirlər də var, o, azərbaycanca da yazıb, türk dilində yazıb, bu məsələ də faktdır. Amma bütün bunlarla bərabər Məhtimqulunun yanı başında Sayat Novaya abidə qoyulması, əlbəttə ki, xoş bir şey deyil. Biz özümüz, yəni Azərbaycan da bunda az günahkar deyil (ik). Niyə? Ona görə ki, biz oranın Türkmənistan olduğunu bilirik, zəif nöqtəmizdir. Yəni ora bütün türk dünyasının zəif nöqtəsidir, ermənilər də bundan istifadə edib. Nə etmək lazımdır? Əlbəttə ki, orada nəzarəti daha yüksək səviyyədə həyata keçirmək lazımdır”-deyə bildirdi.

A.Həsrətin sözlərinə görə, elə etmək lazımdır ki, bu cür boşluqları ermənilər doldurmasın. “Həmişə hər yerdə demişəm ki, dünyada müxtəlif istiqamətlərdə boşluqlar olur, ermənilər bizdən qabaq oranı tutmasın deyə biz gedib oranı tutmalıyıq. Əlbəttə, bu proses anidən baş verməyib ki. Bir heykəl tikilirsə, açılışı edilirsə və sair bunlar birdən-birə olmur. Bu uzun prosesdir. Bu prosesin niyə baş tutması sualının cavabını özümüzdə, Azərbaycanda, Türkiyədə axtarmalıyıq. Türkmən qardaşlarımız bizi eşitməzdilərmi? Eşidərdilər. Görünür, bizim oradakı səfirliyimiz “yatır”, işləmir, dünyadan xəbəri yoxdur. Bir zəhmət çəkəydilər, xəbər tutaydılar, qarşısını almaq üçün tədbir görəydilər. Tədbir görüblərsə və onları dinləməyiblərsə, buyursunlar, o haqda açıqlama versinlər. Biz bunları gözləyirik. Bu baxımdan erməniləri qınayırıq. Əlbəttə ki, onlarla bağlı narahatlıq ifadə edirik, ancaq bir az özümüzə baxaq, özümüzü də qınamalıyıq. Çünki biz boş  durduqca onlar fürsətdən istifadə edib o cür işlər görürlər. İlk dəfə deyil ki, biz bunu dəfələrlə dünyanın hər yerində görmüşük. İndi də, şəkililər demişkən, yavaş-yavaş gəlib “ağzımızın içində” də bu işi görürlər”-deyə A.Həsrət vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031