"Bu, ölkənin beynəlxalq arenada strateji çəkisini artırır" - türkiyəli nazir
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bir sıra açıqlamalarla çıxış edib. Türkiyəli nazir qeyd edib ki, güclü və inkişaf etmiş müdafiə sənayesi kompleksi Türkiyənin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində mühüm amillərdən biridir və ölkənin beynəlxalq arenada strateji çəkisini artırır.
“Çoxsaylı uğurlu layihələr sayəsində yerli şirkətlər Türkiyənin müdafiə məhsullarının idxalından asılılığını minimuma endirməklə yanaşı, böyük ixrac tədarükü də yarada biliblər. Müdafiə məhsullarının istehsalı ölkə üçün həyati vacib məsələdir", - deyə Y.Gülər bildirib.
Mətləb Salahov