Xəzər dənizi iki metrdən çox dayazlaşıb - Rusiyadan AÇIQLAMA
1990-cı illərin ortasından bəri Xəzər dənizinin səviyyəsi iki metrdən çox aşağı düşüb. Rusiya mediasının yazdığına görə, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbərinin müavini Vasili Sokolov məlumat verib. O qeyd edib ki, bu müddət ərzində dəniz demək olar 2,4 metr dayazlaşıb. Eyni zamanda, sahil xətti və su bioloji resursları çox böyük xarici təsirlərlə üzləşməyə davam edir. Nəticədə bəzi növlərin populyasiyaları yox ola bilər.
“Rusiya yaxın gələcəkdə Volqanın axınının tənzimlənməsi məsələsini həll etməzsə, həm Xəzər suitilərinin sayı ilə, həm də daha kütləvi və heç də az əhəmiyyətli olmayan kilkə kimi növlərlə bağlı problemlərlə üzləşə bilərik”, - deyə Vasili Sokolov vurğulayıb.
Mətləb Salahov