KÖHNƏ VERSİYA            

Azərbaycan və Ermənistan protokol imzaladılar - kilsə məğlub oldu...

Image

Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi istiqamətində növbəti mühüm addım atılıb. Belə ki, mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə baş nazirin müavini Şahin Mustafayevin və ermən həmkarı Mher Qriqoryanın sədrliyi ilə sərhədin delimitasiyası üzrə komissiyanın doqquzuncu görüşü keçirilib.

2024-cü il 19 aprel tarixli 8-ci görüşün protokoluna uyğun olaraq görülmüş işlər müzakirə edilib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (Azərbaycan) - Bağanis (Ermənistan), Aşağı Əskipara (Azərbaycan) - Voskepar (Ermənistan), Xeyrımlı (Azərbaycan) – Kirants (Ermənistan) və Qızılhacılı (Azərbaycan) - Berkaber (Ermənistan) yaşayış məntəqələri arasında sərhəd  xəttinin hissələrinin SSRİ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Ermənistan baş nazirinin administrasiyasından “Armenpress” dövlət xəbər agentliyinə verilən məlumatda deyilir ki, Ermənistan-Azərbaycan sərhədinin Tavuş-Qazax sektorunda aparılan demarkasiya ilə bağlı bəzi çətinliklər yaranır. Sərhədin ən çox mübahisələrə səbəb olan hissəsi Ermənistanın Kirants kəndi yaxınlığından keçir. Vurğulanır ki, demarkasiya 1976-cı ilə aid SSRİ xəritəsi ilə aparılır və bu zaman Kirants yolunun yerinin dəyişdirilməsi zərurəti ortaya çıxır. Baş nazirin ofisindən bildirilib ki, yolun dəyişdirilməsi 2-3 ay ərzində icra oluna bilər: “Sərhədin delimitasiyası ölkənin və ya hər hansı bir bölgənin təhlükəsizliyinə təhdid ola bilməz. Əksinə, belə bir sərhəd təhlükəni neytrallaşdırır. Güzəştlərə gəlincə, Almatı Bəyannaməsi əsasında sərhədin bərpası güzəşt sayıla bilməz, çünki bizim beynəlxalq səviyyədə tanınmış sərhəd xəttimiz təkrar çəkilir. Bu proses sərhədin digər hissələrində də eyni məntiq və eyni prinsiplərlə davam etməlidir”. Kirants kəndinin icra başçısı və kəndlilər deyirdilər ki, Nikol Paşinyanın sözlərinə görə Kirantsda demarkasiya üçün üç həssas nöqtə var. Bunlardan biri kənd məktəbidir. Kənd sakinlərinin dediyinə görə burada sərhəd məktəbin lap yaxınlığından keçəcək. Digər iki nöqtə körpüyə və Azərbaycana qaytarılacaq ərazidə ermənilər tərəfindən tikilmiş fərdi evlərə düşür. Baş nazirin ofisi israr edir ki, mülkiyyət məsələsi o qədər də böyük deyil və hökumət demarkasiya nəticəsində ziyana düşən Ermənistan vətəndaşlarına ya pul, ya da yeni evlər vasitəsilə kompensasiya verəcək. Beləliklə, erməni kilsəsəinin və müxalifətinin etirazlarına baxmayaraq, sərhədin müəyyən edilməsi uğurla davam edir. Mitinqlərdə isə elan edilən itaətsizlik aksiyaları və nümayişlər davam edir. Etiraz aksiyaları Tavuş vilayətində Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya işlərinə start veriləndən sonra başlanıb və mayın 4-dən “Tavuş Vətən naminə” şüarı altında paytaxt İrəvana yürüşlə davam etdirilib. Yürüşə Erməni Apostol Kilsəsi Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edib. Yürüş zamanı Baqrat Qalstanyan jurnalistlərə deyirdi ki, yürüşün məqsədi narazılıqları və “birtərəfli ədalətsiz” delimitasiya prosesini dayandırmaq tələbini hakimiyyətə çatdırmaqdır. Lakin o, İrəvanda, Respublika meydanında on minlərlə insanın iştirak etdiyi mitinqdə Ermənistan baş naziri Nikol Paşinyana istefa ultimatumu elan etdi. Qalstanyanın mitinq çıxışlarından bəlli olur ki, onların əsas, ola bilsin ki, yeganə tələbi Nikol Paşinyanın istefasıdır. Hakim partiyaya yaxın bəzi mediada Qalstanyan Rusiya xüsusi xidmətlərinə işləməkdə ittiham edilir. Eyni zamanda, Qalstanyanın "xalqın güvəndiyi şəxs" olduğunu deyənlər də var. Onlar əsasən bəzi erməni diasporu və Rusiyada yaşayan ermənilərdir. Siyasi icmalçı Davit Stepanyan hesab edir ki, keşişin arxasında Ermənistanın keçmiş Rusiyapərəst liderləri dayanır, onun mübarizəyə qatılmasının səbəbi isə sərhədin delimitasiyası ilə bağlı deyil: “Baqrat Qalstanyan yolda jurnalistlərə deyirdi ki, siyasi tələbləri yoxdur, Respublika meydanına çatandan sonra, baxıb gördü ki, meydana 31 min adam yığılıb və birdən Paşinyanın istefasını tələb etmək qərarına gəldi və ultimatum irəli sürdü. Mən hesab edirəm ki, burada ciddi siyasi məqsədlər gizlənir“. Politoloqun sözlərinə görə, Qalstanyan və onu əhatə edən siyasi qüvvələrin məqsədi Ermənistanda Rusiyanın təsirini bərpa etməkdir. Paşinyanın fəaliyyəti və hətta davranışından narazı olanlar çoxdur, lakin onun istefası tələbilə etirazları hamı dəstəkləmir. Sosial şəbəkələrdə baş nazirin təəssübkeşləri və açıq nifrət ifadə edənlərə də rast gəlinir. Bunlar fonunda isə Qazax istiqamətində Azərbaycanla Ermənistan arasında sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır.Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası çərçivəsində müvafiq ərazilər minalardan təmizlənib, eyni zamanda coğrafi koordinatlar dəqiqləşdirilib. Nazir onu da bildirib ki, Berlindəki danışıqlardan sonra tərəflər sülh sazişi layihəsi ilə bağlı şərh mübadiləsi aparıblar. Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidməti Azərbaycanla sərhəd koordinatlarının dəqiqləşdirilməsi çərçivəsində aparılan işlər nəticəsində artıq 40 sərhəd dirəyinin yerləşdirildiyini bildirmişdi. Nikol Paşinyan isə mətbuat konfransında bildirib ki, Tavuş vilayətində Ermənistan-Azərbaycan sərhədində delimitasiya işlərinin 90 faizi başa çatıb.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031