Pakistan daha bir silahı uğurla sınaqdan keçirib
Pakistan Silahlı Qüvvələri yerli “Fatah-II” genişmənzilli reaktiv yaylım atəşi sisteminin uğurlu buraxılışını həyata keçirib. Bu barədə Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, bu buraxılışın məqsədi reaktiv yaylım atəşi sisteminin dizaynını, texniki parametrlərini və müxtəlif alt sistemlərini sınaqdan keçirmək olub. “Fatah-II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub. Sistemin idarə olunan raketləri inertial-peyk yönləndirmə sistemi ilə təchiz olunub və 400 kilometrə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Mətləb Salahov