Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsd cəhdi ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı və dəhşətə gəldim. Mən bu hücumu sərt şəkildə qınayıram. Baş nazir Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə sağalmağı arzulayıram".