Slovakiyanı dəhşətə düşürən sui-qəsd cəhdi – Baş nazir güllələndi...
Slovakiyanın baş naziri Robert Fitsoya hökumətin iclasından sonra sui-qəsd cəhdi olub. Yerli media xəbər verir ki, parlamentin sədr müavini Lubos Blaha parlamentin iclası zamanı insidenti təsdiqləyib və iclası növbəti xəbərdarlığa qədər təxirə salıb.
Hadisə Fitsonun tərəfdarları ilə görüşə getdiyi Mədəniyyət Evinin qarşısında baş verib. Media dörd atəş açıldığını, onlardan birinin baş nazir Fikonun qarın nahiyəsinə dəydiyini bildirir.
Hadisə şahidi “Reuters” agentliyinə bir neçə atəş səsi eşitdiyini və bir nəfərin polis tərəfindən saxlanıldığını deyib.
O, həmçinin bildirib ki, mühafizəçilər kimisə itələyib maşına mindiriblər.
TAHİR