"İyun ayında Şuşada 370 ailə yaşayacaq" -RƏSMİ AÇIQLAMA
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin iyun ayında Şuşa şəhərində 370 ailə – 1 450 nəfər yaşayacaq.
“Artıq şəhərimizə köç başlayıb. İyun ayında 370 ailə – 1 450 nəfər şəhərimizdə yaşayacaqlar. Bu, böyük xoşbəxtlikdir. Mərhələ-mərhələ hər bir şuşalı doğma yurdunda xoşbəxt həyatını davam etdirəcək”, – o qeyd edib.
Mətləb Salahov