KÖHNƏ VERSİYA            

Baqramyanların Həzi Aslanova qarşı düşmənçiliyi unudulmayacaq - ermənilər Əliyevə nəyi "irad" tutur...

Image

Azərbaycan dövlətinin neofaşizmə qarşı mübarizəsini, faşist qalıqlarına barışmaz mövqeyini bütün dünya bilir. Hər il ənənəvi olaraq ölkəmizdə faşizm üzərində qələbənin ildönümləri böyük təntənə ilə qeyd edilir, Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsi anılır, sağ qalan qəhrəmanlarımıza isə böyük ehtiram göstərilir.

Prezident İlham Əliyev faşizm üzərində qələbənin ildönümlərində ölməz Azərbaycan oğlu, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edir.  

Azərbaycan Prezidentinin Həzi Aslanovun məzarını ziyarət etməsi ənənəsi Ermənistandakı bəzi dairələri ciddi narahat edir.

“Qeqard” Fondu Azərbaycan Prezidentinin Həzi Asalnovun abidəsini ziyarət etməsinə, belə demək mümkünsə, qıcıqlanır və uyğun olmayan, əsassız iddialar səsləndirir.

Yazırlar ki, Azərbaycan rəhbəri bir tərəfdən faşizm üzərində Qələbənin ildönümünü qeyd edir, digər tərəfdən, guya Qarabağda Böyük Vətən müharibəsinə həsr olunan abidələri “dağıdır”. 

“Azərbaycan dövlət mediasının məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbənin 79-cu ildönümünü qeyd etmək üçün iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər.

Azərbaycan xalqı 600 (əslində, müharibədə 700 minə yaxın azərbaycanlı iştirak edib, bunlar yenə təhrif edirlər-İ.S) min oğul və qızını cəbhəyə göndərməklə faşizm üzərində tarixi Qələbəyə mühüm töhfə verib. Onlardan 300 mindən çoxu döyüşlərdə qəhrəmancasına həlak olub. Müharibə zamanı göstərdiyi şücaətə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb”.

Yazırlar ki, müharibəyə gedənlərin tərkibinə, Azərbaycanın “Dağlıq Qarabağ Muxtar Vilayəti” də  daxil olmaqla, “Artsax”dan çağırılmış on minlərlə erməni də daxil idi. “Maraqlıdır ki, Sovet Azərbaycanından iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş səkkiz mühacir arasında İvan (Hovanes) Baqramyan və Nelson Stepanyan da var”-deyə yazırlar. 

Yazırlar ki, Şuşada Nelson Stepanyanın abidəsi “dağıdılıb”, Hadrut rayonunun “Mets Tager kəndində” Sovet İttifaqının marşalı Armenak Xanperyansa həsr olunmuş abidə kompleksi, onun büstü və döyüş təyyarəsi “sökülüb”. 2024-cü ildə Stepanakertdə admiral Hovhannes İsakovun büstü “dağıdılıb”. Guya bu hərəkətlərin özü də “faşist yanaşmasının bariz nümunələridir”-deyirlər.

Birincisi, Azərbaycan heç zaman faşizmdən yana olmayıb, dünən də, bu gün də faşizmə qarşı mübarizə aparıb, aparacaq da. Ermənilərin adlarını çəkdikləri bu şəxslər də Azərbaycan torpağında doğulsalar da, bu torpağın suyunu içib, çörəyini yesələr də, daim Azərbaycana düşmən mövqeyində olublar. Onlarla bağlı hər hansı bir izin bizim torpaqlarımızda qalması mümkün deyil.  

Ermənilər belə Sovet İttifaqı Qəhrəmanlarına sevgi ilə yanaşırlarsa, bəs onda Qərbi Azərbaycanın Gözəldərə kəndində doğulub boya-başa çatmış Sovet İttifaqı Qəhrəmanı, tank-qvardiya mayoru Xıdır Mustafayevin indiki Ermənistan ərazisindəki abidəsini niyə darmadağın ediblər? Xıdır Mustafayev o ərazidə doğulmuşdu, amma oradan onun izlərini siliblər. Tarixə belə sayğılı idilərsə, onda nə üçün azərbaycanlı qəhrəmanları inkar edirlər? 

İlahiləşdirdikləri marşal Baqramyana gəlincə, o heç də öz əməlləri və cinayətləri ilə faşistlərdən geri qalmayıb. Prezidentin Həzi Aslanovun məzarını ziyarət etməsini misal gətirib onu Baqramyana hörmətsizlik etməkdə “suçlamaq” istəyənlər gedib arxivlərə göz gəzdirsinlər və görsünlər ki, onların qəhrəmanlaşdırdığı bir cani, bir separatçı, bir faşist olub. Əvvəla, Baqramyanın xatirəsi Azərbaycanda niyə əziz tutulmalıdır, çox da ki o burda doğulub? O həmişə Azərbaycana düşmənçilik edib. Elə Həzi Aslanovun ölümündə onun birbaşa əli və göstərişi olub. Bir sıra mənbələr göstərir ki, Həzi Aslanovu o vurdurub. O, Həzi Aslanovun karyerasına, yüksəlişinə həmişə maneçilik törədib. Beləsinin Azərbaycanda abidəsi niyə qalmalıdır ki?

Həzi Aslanovu Baqramyanın öldürdüynə dair kifayət qədər inkaredilməz faktlar var. 

Məlum olduğu kimi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov 24 yanvar 1945-ci ildə Miatva (Latviya, Yelqava) şəhərində həlak olub. 

Bu barədə arxivdə saxlanan materiallarda maraqlı faktlar var. Mənbələrə görə, 1945-ci ildə bütün müttəfiq respublikalarda Müdafiə Nazirlikləri yaranırdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırov isə həmin zaman Həzi Aslanovu Azərbaycanın Müdafiə naziri təyin edəcəkdi. Bağırov hətta Stalinə zəng edib və Aslanovun Azərbaycana gəlməsi üçün icazə aldı. Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforoviç Baqramyan həmin zaman Aslanova  “Həzi, mən səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”-deyib. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi.

Həzi Aslanovun bir yük maşını vardı və o, dincəlmək üçün həmin maşını istifadə edirdi. 24 yanvar 1945-ci ildə onu görən şahid Kulkov deyir ki, Aslanovun ayağında milli qaydada toxunmuş corab var idi. Aradan 20-25 dəqiqə keçməmiş altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir. Minamyot sovet ordusu sahəsindən atılmışdı. Bu isə Həzi Aslanovun Baqramyan tərəfindən qətlə yetirildiyini təsdiqləyir.  

Aslanovu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt Baqramyanın əmri ilə təyyarə işə salınmayıb və Həzi Aslanov vəfat edib. Yazıçı-jurnalist Musa Bağırov “Sərkərdənin taleyi” adlı kitabında yazır: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu…Beqiaşvili ilə mən Tbilisidə – onun evində görüşdüm. O dedi: “Aslanov yaralananda mən orada yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım…Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı…Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb, başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı…”. Beqiaşvilinin fikirincə, Aslanov qətlə yetirilib”.

35 yaşında karyerasının yüksək zirvəsinə yetişdiyi bir vaxtda Baqramyanın cani əlləri onun həyatına son qoyub. Onu da qeyd edək ki, uzun illər Sovet ədəbiyyatında, mətbuatında Həzi Aslanovun həlak olmasının səbəbləri barədə belə yazılırdı: “1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənib. 1945-ci il yanvarın 24-də Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub”. Halbuki, o, qeyri-döyüş şəraitində bu faciə ilə üzləşib. 

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 “Qırmızı bayraq” ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 “Qırmızı ulduz” ordeni və medallarla təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədib. Bu ədalətsizlik ölümündən 47 il sonra, 1991-ci ildə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməklə aradan qalxıb...

Azərbaycan xalqı da, Azərbaycan rəhbərliyi də faşizmə qarşı mübarizə aparmış Azərbaycan oğlunun xatirəsini əziz tutur, bizim torpaqlarımızda separatçılara, faşist qalıqlarına, neofaşistlərə isə heç zaman yer yoxdur. Baqramyan sonunculardandır, yaşamı boyunca antiazərbaycan mövqeyi tutub, Azərbaycana, azərbaycanlılara düşmən kəsilib. SSRİ-nin hərbi struktrurunda təmsil olunarkən azərbaycanlıların yüksək vəzifə pillərinə gedən yollarını kəsib. Belə bir adamın abidəsinin bizim torpaqlarda nə işi var? 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:01
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlayır? - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031