Yığmamız Avropanın ən güclüsü olub
Kişi parataekvondoçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında komanda hesabında birinci yeri tutub. Bu barədə baki-xeber.com-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib. Qeyd olunub ki, yığmamız siyahıda Türkiyə və AİN-i qabaqlayaraq, qitənin ən güclüsü adına yiyələnib.
Komandamızın heyətində İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) gümüş medal qazanıb.
İradə SARIYEVA