Bərdədə arvadını amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında
Bərdədə arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Tural Mustafayevin barəsindəki qərardan kassasiya şikayəti verilib. Bu şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası mayın 15-nə təyin edilib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.
Mətləb