2050-ci ilədək planetdə əhali sayı 1,6 milyard nəfər artacaq - 5 əsas meqapolis şəhər də açıqlandı
2023-cü ildə dünya əhalisinin 56%-i şəhərdə yaşayırdı. 2050-ci ilədək planetin əhalisinin sayı 1,6 milyard nəfər artacaq. Onların azı 70%-i şəhərlərdə yaşayacaq. Bu məlumatı Avstraliyanın “Institute for Economics & Peace” təşkilatı yayıb. İnstitut həmçinin 2050-ci ilədək ən böyük meqapolisə çevriləcək 5 şəhərlə bağlı da proqnoz verib.
Hazırda dünyanın ikinci ən böyük şəhəri olan Yeni Dehlinin 2050-ci ildə dünyanın ən böyük meqapolisinə çevrilməsi gözlənilir. Ehtimala görə, burada 2050-ci ilədək 49 600 000 nəfər məskunlaşacaq. Qurumun açıqlamasına görə, Tokio, Bombey, Qahirə, Dəkkə şəhərləri də 2050-ci ilə qədər meqapolis şəhərlər sırasına daxil olacaqlar.
Mətləb Salahov