Şahzadə Harrinin arvadı Afrikadakı açıq geyiminə görə tənqid edildi
Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın onunla birlikdə Nigeriyaya səfəri növbəti qalmaqala səbəb olub. Məsələ burasındadır ki, daima tənqid hədəfində olan M.marklin bu dəfə geyiminə görə müzakirə obyektinə çevrilib. Susseks hersoqu və hersoginyası Afrika ölkəsinə qastrol səfərinə "Archewell" Fondu tərəfindən dəstəklənən məktəbi ziyarət etməklə başlayıb.
Meqan məktəbə gəlişi üçün kaliforniyalı dizayner Heidi Merrickin kolleksiyasından açıq kürəyi olan ipək midi paltar seçib. Diqqət çəkən isə geyimin modelinin "Vindzor" olması olub. Onun bu modeli təsadüfən seçmədiyi yazılıb. O, bununla hələ də kral ailəsinin üzvü olduğunu göstərməyə çalışıb. Bu, Meqanın geyimi ilə bağlı yeganə şikayət olmayıb. Bir çox internet istifadəçisi, xüsusilə Meqanın getdiyi ölkəni nəzərə almadığını, paltarın çox açıq olduğunu yazıb.
Mətləb