"Prezident seçilsəm, ABŞ tarixində ən böyük deportasiya başlayacaq" - Tramp bəyan etdi
ABŞ-ın keçmiş lideri Donald Tramp Nyu-Cersidə keçirilən mitinqdə sərt bəyanatlarla çıxış edib. D.Tram bildirib ki,
qarşıdan gələn prezident seçkilərində qalib gələrsə, ilk olaraq ölkənin cənub sərhədini bağlayacaq və Meksikadan gələn miqrant axınını dayandıracaq. “Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq cənub sərhədini bağlayacağam”, - deyə o vurğulayıb.
Siyasətçi, həmçinin ABŞ Prezidenti Cozef Baydenin “müttəfiqləri” adlandırdığı qeyri-qanuni mühacirləri evlərinə - aid olduqları yerə göndərəcəyini vəd edib. Respublikaçıya görə, Ağ evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacaq.
Mətləb Salahov