Afrika mətbuatı Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyətindən yazır
Afrika QHT-lərini birləşdirən platformanın fəal üzvü, Nigeriyalı jurnalist Dare Akogun Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti ilə bağlı məqalə dərc edib. Bu material yerli mətbuatla yanaşı, Afrika QHT platformasının sosial şəbəkə qruplarında da yayılıb.
Məqalədə qeyd olunur ki, Bakı Təşəbbüs Qrupu və müstəmləkəçiliyə qarşı mübarizə aparan siyasi hərəkatlar Fransa hökümətinin koloniyalarında assimilyasiya siyasətini, müstəmləkəçilik və onun müasir təzahürlərinə qarşı mübarizə məqsədilə güclərini səfərbər ediblər.
“20 ölkədən nümayəndə, o cümlədən Fransanın müstəmləkə siyasətindən bilavasitə təsirlənən ərazilər assimilyasiya siyasətini tənqid etmək və onun təsirlərinin azaldılması strategiyalarını araşdırmaq məqsədi ilə bu müzakirələrdə iştirak ediblər”.
Jurnalist konfransın əsas mövzuları sırasında məcburi miqrasiyaya səbəb olan yerli icmalara mənfi təsirlər, insan hüquqlarının inkişafı və ətraf mühitə təsirlər kimi mövzuların yer aldığını bildirir və assimilyasiya təsirlərinin azaldılması və müstəmləkəçiliyin aradan qaldırılmasına nail olunmasının aktuallığını vurğulayır.
Konfrans yerli mədəniyyətin qorunması və maarifləndirilməsi üzrə gələcək layihələr üçün mühüm başlanğıc nöqtəsi kimi qiymətləndirilir. O, Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira siyasi partiyası arasında imzalanmış memorandumun əhəmiyyətinə də toxunaraq, gələcək əməkdaşlıq üçün perspektivlərin ümidverici olduğunu bildirir.
Məqalədə, həmçinin tədbirin yekun nəticələrindən biri kimi konfrans iştirakçıları adından beynəlxalq təşkilatlara, habelə ATƏT rəsmilərinə açıq məktubların ünvanlandığı qeyd olunur və müstəmləkə siyasətinin təsirinə məruz qalmış regionlarda baş verən hadisələr haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasının vacibliyi göstərilir.
Məqalənin sonunda Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasova istinad edilərək, təşkilatın müstəmləkəçiliyin təsirinə məruz qalan xalqların səsini gücləndirmək öhdəliyi xüsusi qabardılır: “BTQ-nin bu öhdəliyi Fransanın xaricdəki müstəmləkələrinə azadlıq uğrunda mübarizədə davamlı dəstəyini və neokolonial təcrübələrə qarşı qəti mövqeyini əks etdirir.