Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğma şəhərə qayıdış münasibətilə şuşalıları təbrik edib. Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim olunması mərasimində çıxış edən dövlətimizin başçısı deyib:
“Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.