KÖHNƏ VERSİYA            

Prezident İlham Əliyev Sus kəndinə köçmüş sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdilər.

Bildirildi ki, 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən rayon işğal olunan vaxt Sus kəndində 53 ailə - 203 nəfər yaşayırdı. Tamamilə yenidən tikilərək istifadəyə verilən kəndə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin (75 nəfər) köçürülməsi təmin olunub.

Diqqətə çatdırıldı ki, 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb.

Sonra Prezident İlham Əliyev kəndə köçmüş sakinlərlə görüşdü.

Prezident İlham Əliyev: Salam-əleyküm.

Sakinlər: Salam cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Necəsiniz, nə var, nə yox? Qayıtmısınız doğma vətənə. Təbrik edirəm sizi.

Sakinlər: Sayənizdə. Çox sağ olun, təşəkkür edirik, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Şərait necədir? Xoşunuza gəlir?

Sakinlər: Möhtəşəmdir, çox yüksək səviyyədə. Allah Sizdən razı olsun. Allah Sizi qorusun. Həm kəndimizdə, həm də Laçında görülən işlərin miqyası o qədər böyükdür, hamısını sadalamaq olmur.

Prezident İlham Əliyev: Gördünüz Laçın şəhəri necə də gözəldir.

Sakinlər: Bəli, görürük, izləyirik, baxırıq.

Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun.

Sakinlər: Çox sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz.

Sakin: Gələn ayaqlarınız var olsun. Sənə qurban olum. Allah atana rəhmət eləsin. Bəli, 30 il ayrılıqdan sonra bizi vətənimizə qovuşdurdun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Sakin: Sağ ol, dünya durduqca durasan. Allah Sizi, xalqımızı qorusun. Qara buludu üstümüzdən götürdün. Bu xalq rahat yaşasın. Qurban olum sənə, əziyyət çəkmisən, bu xalqın, bu millətin əziyyətini çəkmisən.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah şəhidlərə rəhmət eləsin.

Sakin: Allah qazilərimizə şəfa versin. Allah Səni Azərbaycan xalqının üstündən əskik eləməsin. Sən, bizi 32 illik həsrətdən qurtardın.

Sakin: Cənab Prezident, Siz 24 saatın heç 4 saatını yatmırsınız. Bura mənim öz torpağımdır. Cənab Prezident, Siz hər dəfə çıxış edəndə kövrəlirəm. Siz dünyada yeganə dövlət başçısısınız ki, müşavirələrdə, iclaslarda üzündən oxumadan çıxış edirsiniz, dünyanı heyran qoyursunuz. Hər prezident bunu bacarmır.

Prezident İlham Əliyev: Mən demişdim ki, sizi qaytaracağam, qaytardım.

Sakin: Qaytardın, sənə qurban olum. Sağ ol, xalqımın adından, buraya təzə gələn 20 ailənin adından Sizə təşəkkür edirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Şəhidlərimizə Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Sakin: Şəhid analarının qarşısında baş əyirəm. Qazilərimiz buradadır, biz onların hesabına Qələbə çalmışıq.

Sakin: Biz Prezidentimizin, Ali Baş Komandanımızın hesabına qələbə çalmışıq. Ulu Öndərimizə Allah rəhmət eləsin.

Sakin: Bizim arxamızda cənab Prezident var idi.

Prezident İlham Əliyev: Allah ölənlərinizə rəhmət eləsin.

Sakin: Çıxışlarınızda deyirsiniz, ata vəsiyyətini yerinə yetirdim. Sənə qurban olum, gözəl sözdür.

Sakin: Cənab Prezident olmasaydı, biz o Qələbəni qazana bilməzdik.

Prezident İlham Əliyev: Salam, qızım, salam.

Sakin: Mən Sizə uzun ömür, cansağlığı arzulayıram. Mən birincisi şəhidlərə Allahdan rəhmət diləyirəm, şəhid analarının əllərindən öpürəm. Qazilərimizə Allah cansağlığı versin. Bu çöllərdə istidə, yağışda, qarda xidmət edən əsgər balalarımıza Allah ömür versin, qəfil dərddən, bəladan qorusun. Bu günümüzə şükür. Şükür ki, bu sevinci, bu gözəl günü Siz bizə yaşatdınız, mümkün olmayanı mümkün etdiniz. Şükür bu günümüzə.

Prezident İlham Əliyev: Bundan sonra burada, öz doğma dədə-baba torpağınızda rahat yaşamalısınız, xoşbəxt yaşamalısınız.

Sakin: Allah ölənlərimizə də rəhmət eləsin, atalarımıza, analarımıza, cavanlarımıza. Ruhları şad olsun. Bu günə şükür.

Prezident İlham Əliyev: Xalqımızın tarixi həm şərəflidir, həm kədərlidir. Ancaq bizim tariximizdə keçmiş köçkünlər qədər əziyyət çəkən insanlar olmayıb. Həm mənəvi əzab, həm fiziki əziyyət, həm torpaqların itirilməsi, öz yaxınlarının məzarlarını ziyarət edə bilməməyiniz - bu dərdin misli-bərabəri yoxdur. Otuz il ərzində bizə deyirdilər ki, gözləyin, tələsməyin, müharibə aparmayın, bu münaqişənin hərbi həlli yoxdur. Ona görə belə deyirdilər ki, ermənilər burada əbədi yaşasın və biz bu torpaqları görməyək. Bizi razı salmaq istəyirdilər, inandırmağa çalışırdılar ki, məsələ müharibə yolu ilə həll olunmaz. Əsas məqsəd o idi ki, heç vaxt Azərbaycana imkan verməsinlər öz ərazi bütövlüyünü bərpa etsin. Ancaq biz nə etdik? Bax, bunun kimi minlərlə aslanın hesabına gəldik buraya və bu gün burada durmuşuq.

Hərbçi sakin: Bizim cənab polkovnikimiz bu müharibədə çox əziyyət çəkdi.

Sakinlər: Allah dəyməsin, Allah qorusun.

Prezident İlham Əliyev: Bundan sonra da müharibə olmamalıdır. Biz öz müharibəmizi bitirmişik. O, ədalətli müharibə idi, azadlıq müharibəsi idi. Həm 44 gün, həm 1 gün. Onunla da məsələ bitdi. Əgər Ermənistanda kimsə yenidən baş qaldırsa, dəmir yumruğu görəcək.

Sakin: Sağ ol, qadan alaram, sağ ol. Sənə qurban olaram. Cənab Prezident, Allah Sizi qorusun. Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Özü də bilirsiniz ki, bu işğal dövründə bəzi torpaqları guya bizə qaytaracaqdılar. Amma Laçından, ümumiyyətlə, söhbət aparmırdılar.

Sakin: Mümkün deyildi. Bir dənə güllə atılmadan Laçını aldın. Sənə qurban olum, Sənin başına dönüm.

Sakin: Laçın, Kəlbəcər, Ağdam bir güllə atılmadan alındı.

Prezident İlham Əliyev: Çünki biz haqq yolundayıq, ona görə Allah da həmişə bizə yardımçı olur.

Sakin: Bəli, haqq yolundayıq. Allah Sizin kölgənizi bu xalqın üzərindən əskik etməsin. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi. Siz də xoş gəlmisiniz.

Sakin: Çox sağ olun, cənab Prezident, bu günü bizə yaşatdınız. 31 ildən sonra mən yaşda insanı vətəninə qaytardığınıza görə, Sizə çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Sakin: Allah qazilərimizə cansağlığı versin, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların analarının qarşısında baş əyirəm, var olun, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Amin.

Sakin: Siz yeganə prezidentsiniz ki, torpaqlarımızı bizə qaytarmısınız, təkcə Laçını yox. Çox sağ olun. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Çox sağ olun, Allah Sizdən çox-çox razı olsun. Dövlətimizin üstündən əskik olmayın. Allah o dəmir yumruğu var eləsin.

Prezident İlham Əliyev: Sağ olun, 13 il əvvəl Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla öz doğum günümdə görüşmüşəm. Onlara söz vermişdim ki, biz hamımız qayıdacağıq və o gün də gəldi.

Sakin: Bəli, Siz Allahın, ordumuzun köməyi ilə bunu etdiniz.

Prezident İlham Əliyev: İndi Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. İndi Zabuxda, Susda, Güləbirddə iş gedir. O biri kəndlərdə də iş gedir. Hava limanı inşa edilir, gələn il hazır olacaq.

Sakin: İnşallah.

Prezident İlham Əliyev: Şuşa-Laçın yolu da qısalacaq.

Sakin: İnşallah, gör hara ilə Siz yol çəkirsiniz, dağları yarırsınız, aeroporta yol çəkirsiniz.

Sakin: Mən neçə illərdi arzulamışam ki, bu yaşımda gedim ad günümü Laçında, Sus kəndimdə keçirim. İyulun 1-i mənim ad günümdü.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sakin: Çox sağ olun, Allah Sizdən razı olsun.

Sakin: Cənab Prezident, bu görüşümüz həqiqətən də çox gözəl günə təsadüf edir. Bu gün bizim möhtərəm Ulu Öndərimizin 101 illiyidir. Mən özüm 271 saylı məktəbdə işləyirəm. Ulu Öndərimiz bizim məktəbimizə gəlmişdi. Mən o məktəbdən gəlmişəm buraya. Arzu edirəm ki, Sus sakini olaraq sentyabrın 15-dən mən də bu məktəbdə işləyim.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Sakin: Gənclərimiz də burada qalsınlar. Öz yurdumuzda qurub-yaradaq. Sus sakinləri adından Sizə çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sus kəndində, Zabuxda məktəblər var. Laçın şəhərində 2 nömrəli məktəb tikilib, 1 nömrəli məktəb də inşa ediləcək.

Sakin: Çox sağ olun, Allah Sizdən razı olsun. Sizi verən Allaha şükür. Allah Sizi əskik eləməsin.

Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı arzu edirəm, burada xoşbəxt yaşayın.

Sakin: Eşq olsun Ali Baş Komandanımıza!

Sakin: Allah razı olsun, ailəmin adından və öz adımdan Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah kölgənizi əskik etməsin bu xalqın üstündən, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Ali Baş Komandan, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun, salamat qalın. Xoşbəxt yaşayın burada.

x x x

Sonra Prezident İlham Əliyev və sakinlər Həkəri çayının sahilinə gəldilər.

x x x

Sakin: Bizdən ötrü gecə-gündüz yatmırsınız. 24 saatın 4 saatını yatırsınız demişəm.

Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra doğma Laçın torpağında xoşbəxt yaşayın.

Sakinlər: Təşəkkür edirik, bu şəraiti yaratdığınız üçün. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Təbrik edirəm. Xoşbəxt yaşayın. Siz buna layiqsiniz.

Sakin: Çox sağ olun. Həm də Sizi öz kəndimizdə görmək böyük bir xoşbəxtlikdir.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Sənin qadan alım, dünya durduqca dur. Allah atana rəhmət eləsin, torpağı sanı Allah sənə ömür versin.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.


 







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031