Vardanyanın arvadı onun Bakı türməsindən müraciətini oxudu... "vaxtım çoxdur"...
Bəs az əvvəl deyirdilər ki, Ruben Vardanyan Bakı türməsində daha acınacaqlı vəziyyətdə saxlanılır, tam blokadaya alınıb ,hətta ona oxumaq üçün kitab da vermirlər? Bu yalan təbliğatları ermənilər aparırdı, onu Bakıda guya "ən cəfakeş separatçı məhbus" kimi tanıtmaq istəyirdilər. Bu yalanlar harda qaldı?
Bir neçə dəqiqə öncə Vardanyanın arvadı Veronika Zanabend youtube vasitəsilə ərinin Bakı türməsindən etdiyi müraciətin mətnini ingilis dilində yayıb. Vardanyan türmədə necə bloklanıb ki, yekə bir müraciət mətnini arvadı Veronikaya göndərə bilib?
"Dünyadan təcrid olunsam da, düşünmək üçün vaxtım çoxdur. Bu yolu seçdiyimə görə peşman deyiləm" - Vardanyanın müraciətində bu fikir də yer alıb.
Namiq Quliyev