Avropa İttifaqından XƏBƏRDARLIQ: göyöskürəy sürətlə yayılır!
Bütün 2023-cü il və 2024-cü ilin aprel ayına qədər Avropa İttifaqı ölkələri, eləcə də Norveç, İslandiya və Lixtenşteyndə göyöskürəyə 60 min yoluxma halı aşkar edilib, bu da 2022-ci ilə nisbətən on dəfə çoxdur. Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (ECDC) belə açıqlama ilə çıxış edib. Məlumatda deyilir ki, göyöskürək hətta üç-beş yaş arasında mərhələli şəkildə keçirilən yüksək vaksinasiya nisbəti olan ölkələrdə epidemiyalara səbəb olur. Peyvənd olunmayan və ya qismən peyvənd olunmuş altı aya qədər uşaqlar ən yüksək risk qrupuna daxildirlər.
“Avropada göyöskürəyə yoluxma hallarının artması göstərir ki, biz ayıq olmalıyıq. Bu, körpələri xüsusən təhdid edən ciddi xəstəlikdir”, - deyə Avropa İttifaqının Səhiyyə üzrə Komissarı Stella Kiriakides bildirib.
ECDC uşaq əhalisinin adekvat əhatə edilməsinə nail olmaq üçün səhiyyə orqanlarını vaksinasiya proqramlarını gücləndirməyə çağırıb, bu da ilkin immunizasiyanın vaxtında başa çatmasını, eləcə də milli peyvəndlər təqvimlərinə uyğun olaraq gücləndirici dozaların verilməsini nəzərdə tutur. Göyöskürək tənəffüs yollarına təsir edən kəskin yoluxucu xəstəlikdir. O, üç-dörd aya qədər davam edən güclü öskürək tutması ilə xarakterizə edilir.
Mətləb