KÖHNƏ VERSİYA            

Elvin İlham oğlu Məlikov - FOTO

Image

Video görüntülərinə baxdım. Bir gün sonra hərbi xidmətə gedəcəkdi. Uşaqlıq dostlarıyla birgə keçirdiyi son gündən xəbərsizdi. O qədər sevincli idi ki. Hey gülürdü. Məsumca, uşaq kimi. Elə bil hamıdan xoşbəxt idi. Bu məsum uşaqlığın, uşaq məsumluğunun xoş­bəxt­liyini bağrına basmaq, qorumaq istə­yir­din. O isə xoşbəxtliyin özünü anlatdı bizə.

Məlikov Elvin İlham oğlu 2001-ci il martın 20-də anadan olub. Bakıda. 23 yaşı oldu bu il...

Cudoçuydu, qatıldığı yarışlarda mükafatlar alıb. Üzgüçülüklə məşğul olub. Gözəl rəsmlər çəkib. Atası İlham maşın ustasıydı. Dərslərini yaxşı oxuyar, həm də atasına kömək edərdi. Yaşından böyükdü Elvin.

Köhnə Günəşlidəki 24 nömrəli tam orta məktəbin məzunu idi. Yəqinki bu məktəb bundan sonra onun adını daşıyacaq. 

ADU-nun tələbəsi Əliyev Rəşad da 24 nömrəli məktəbin məzunudur: Parta yoldaşı, dost, qardaş olmuşuq. Mərd, səxavətli, elə saf idi. Yaşıdları əyləndiyi zaman o, ailəsinə kömək etmək haqda düşünürdü. Maşınları sevirdi. Saatlarla maşınlardan danışardı. Axı­rın­cı dəfə telefon söhbətimizdə artıq silah­lar­dan bəhs etdi. Mübariz İbrahimova sevgisi başqaydı. “Qardaşın burda Mübariz İbrahi­movun istifadə etdiyi silahla döyüşür. Onun intiqamını alacam” - dedi. Xəyalları vardı - ev, maşın almaq, sevgisinə qovuşmaq... Ali arzusuna - Müqəddəsliyə qovuşdu.

- Birlikdə böyümüşük. Ən maraqlı gün­lə­ri birlikdə yaşamışıq. Onunla mübahisə etməyə bir bəhanə tapmazdın. Qəlbi geniş, təmiz, sədaqətli, cəsur idi Elvin. Belə dostum olduğu üçün fəxr edirdim. İndi də fəxr edirəm. İstəyirəm onu hamı tanısın - bunları  Elçin Salamov söylədi.

Onu hamı tanıyır, ay Elçin. Onu Azər­bay­can torpağı tanıyır. Bu torpağın bir adı da indi Şəhid Elvin Məlikovdu. Polad, Nail, Mübariz, Əlyar, Əmrah, Tərlan, Xudayardı...

“Onun haqqında düşüncələrimi danışsam, bitməz... Hələ də yoxluğunu qəbul edə bilmirəm. Hər gün onu düşünürəm. Hərtərəfli idi” – deyən Murad Quliyevin bir fikri ağlıma işlədi: “O qədər saf, sadiq, məğrur, ləyaqətli idi ki. Şəhid adına layiq idi”. 

Doğru deyirdi. Bu ada layiq olmaq da var. Onun üçün də bu ad   qürur yeriydi. 

Başqa bir dostu Neft və Sənaye Univer­sitetinin tələbəsi Nurlan Ağayev isə dedi ki, Elvin kimi dost, qardaş itirmək çox ağırdı. Onun necə olduğunu heç bir sözlə anlada bilmərəm. Xalqımız həmişə onunla fəxr edəcək. Ona nəsib oldu Şəhidlik zirvəsi. Kaş ki mənə də nəsib olaydı...

Bütün dostları, döyüş yoldaşları onun şəxsiyyətindən, igidliyindən, Vətən sevgisin­dən danışır, danışmaq istəyirdi. 

Elvin ali təhsilini başa vurmadan hərbi xidmətə yollandı. 

“Öncə vətənə borcumu yerinə yetir­mə­liyəm”- deyib anasına.

2019-cu ildə atasını itirirəndən az sonra gedir həqiqi hərbi xidmətə. “İmkan tapan kimi atasına kömək edirdi. Qazandığı pulu mənə verərdi. “Qazandığını özünə də xərclə” deyirdim. “Yox, bacılarımın təhsilinə gərək olar”deyirdi. Gözləri doldu İlhamə xanımın.- Amma hələ məktəbdə oxuyandan 20 yanvar, Xocalı faciəsi, Qarabağ haqda danışardı. Əsgər getməyə tələsirdi, elə bil ürəyinə dammışdı ki, müharibə olacaq. Deyirdi “torpaqları alma­ğa gedirəm, ana, fikir eləmə. Torpaq­larımız azad olsa, mənim də bir damcı payım olsa, ən xoşbəxt adam olaram”. 

Ağcabədidən sonra həqiqi hərbi xidmətinə Cəlilabadda XTQ-də davam edib. Elə ilk günlərdən fərqlənib, komandiri ”Elvin, əsl hərbiçisən. Snayperçisən, hərbidə qal” deyib. Sərrast atıcılığı ilə seçilib. Zəng edəndə valideynlərinə “komandirim məni saxlamaq istəyir”- söyləyib fəxrlə.  

Qarabağ savaşı başlayanda Ağcabədidə N saylı hərbi hissədən döyüş bölgəsinə -  Füzuliyə yollanır. Məsuliyyəti, atıcılığı, silahları idarə etmək bacarığı ilə tanınır Elvin. Sorağı özündən əvvəl çatmışdı hərbi hissəyə. “Əlləri qızıl, qızıl Elvin” deyirdilər.

Döyüş yoldaşı, Şəkidə müalicə alan Ziyanın dediyi kimi, “Elvin qızıl idi. Bizim “Qızıl Elvin”imiz. Fikri-zikri qələbə idi. O qədər mədəni, səmimi və qorxmaz idi ki. Hamımız əsgər idik, döyüşürdük. Amma o bir başqaydı. İndi də fikirləşirəm ki, elə bil ən yaxşıları seçirdi güllələr”.  

2 oktyabr gecəsi...

Gecə yata bilmədim. Bacım da bizdə idi. “Nə olub?”- deyə sordu. Dedim ki, ürəyim ağırlaşdı, yandı elə bil. Su içdim, yanğım keç­mədi. Ürəyim yandı, yandı... Demə 3-də...- səsi qırıldı ananın. Kövrəldi İlhamə xanım.
 Ana­nın göz yaşını necə silmək olar? Ananın göz yaşından ağır nə olar ki? Çox ağırdı ana­ların göz yaşı. Elə ağırdı ki, bircə damçısında boğularsan. Bircə damcısından əzilərsən, xıncım-xıncım olarsan...

İndi İkinci Fəxri Xiyabanda uyuyan Elvin Məlikov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Elvinin komandiri mayor Anar Quliyevin dedikləri: Əsgərim Elvindən çox danışa bilərəm. Hədsiz mədəni, qorxmaz idi. Ən önəmlisi, hamı kimi torpaqlarımızın azadlıq həsrətini çəkirdi. Məsuliyyətliydi. Ona baxanda qəhrəman Mehdi Hüseynzadəni xatırlayırdım. İmkan olan kimi gözəl rəsmlər çəkirdi.

Qaraxanbəyli uğrunda döyüşlərdə şəhid oldu. Düşmən yüksəkliklərdə yerləşmişdi. Biz hücuma keçməliydik. Elvin pulemyot manqasında döyüş yoldaşı İrapov İsmayılla Kayot silahını idarə edirdi. Silah ağır oldu­ğun­dan iki nəfər idarə edir. Kayot silahı çox önəm­lidir. Düşmən atəş yağdırırdı. Elvingil on­ları susdurmalıydı. Mən təxminən 50 m uzaqda idim. Elvingilin mövqeyinə mina atıldı. Mən onları səslədim “mövqeyi dəyişin” deyə. Ancaq ikinci atəş açıldı. Təsəvvür et­mir­siz, əsgərlərinin şəhid olma­ğını görmək necə ağırdır. Onlara tərəf atıldım. İnanmaq istəmirdim. İnanmırdım. Bir daha baxdım, nəbzlərini yoxladım... Çox üzücüdür. Doğmay­dı, saf idi. Əsl döyüşçü idi. Bilirdim ki, verilən tapşırığı tam, sonacan yerinə yetirəcək.

Mən bir zabit, döyüşçü kimi fəxr edirəm ki, elə əsgərim olub. Təkcə mən yox, bizim bö­lük­dən sağ qalan döyüşçülər hamısı fəxr edir. Onun doğmaları, yaxınları da fəxr edəcək həmişə. Nə qədər ki Elvin kimi cəsur oğul­la­rımız var, bu xalq başı uca olacaq, Azərbaycan heç vaxt əyilməyəcək heç bir düşmən önündə. 

Doğru deyir mayor Anar Quliyev. Başı bəlalı Azərbaycanımız   elə Elvin kimi oğul­la­rın igidliyi, cəsarəti, mərdliyi hesabına əsr­lər­di yaşayıb, yaşayır və yaşayacaq. Öz bü­töv­lüyünə qovuşur və qovuşacaq. 

Martın 20-də Elvin Məlikovlar ailəsinə taleyin bayram hədiyyəsi idi. Bu Novruzda isə O, Şəhid Elvini Xalqına hədiyyə etdi.

KAMALƏ ABİYEVA

P.S. Hərbi Xidmətdən əvvəl Optimalda işləyirdi Elvin. 2021-ci il martın 20-də 20 yaşı oldu. İş yoldaşları Şəhid Elvin Məlikovun 20 yaşını qeyd etdilər.

Bu il onun 24 yaşı qeyd olundu.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031