“Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edildi
Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Prezidentin fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, sözügedən sənədin 2-ci hissəsi ləğv edilib.
Qeyd edək ki, həmin hissə “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiqini özündə ehtiva edirdi.