KÖHNƏ VERSİYA            

Azərbaycanlı alimin növbəti uğuru

Image

“Beynəlxalq hüquq və insan hüquqları kontekstində tibb hüququnun inkişafı problemləri” istiqamətində elmi araşdırmalar aparan gənc alim, h.ü.f.d. Pərvinə İsmayılovanın transplantasiya, köməkçi reproduktiv texnologiyalar (KRT), genetik tədqiqatlar və onların insan genomuna təsiri, müasir biotexnoloji proseslərdə hüquq normalarının tətbiqi, milli yurisdiksiyanın beynəlxalq normalara uyğunlaşdırılması mövzusuna dair innovativ tədqiqatları tibbi hüquq sahəsində böyük maraqla qarşılanmışdır.

Belə ki, onun xarici yüksək indeksli elmi jurnallarda, habelə “Amazonia Investiga” kimi nüfuzlu jurnalda dərc olunan növbəti məqaləsi yenilikçi baxışları və tibbi hüququn gələcəyini formalaşdırmaq potensialı ilə diqqəti cəlb etmişdir. Qeyd edək ki, 2018-ci ildən o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası, həmçinin Beynəlxalq ümumi hüquq kafedrasında Tibb hüququ və Bioetika sahələrində tədris edir.

İsmayılovanın əsas tədqiqat sahələrindən biri kimi, KRT-dən (ekstrakorporal mayalanma və surroqat analıq) istifadə zamanı yaranan etik və hüquqi nəticələrdir. Məqalələrdən birində: KRT-dən istifadə zamanı yaranan hüquqi problemlərin həlli və insan hüquqlarının təminatı baxımından əhəmiyyətli olacaq “Köməkçi reproduktiv texnologiyalardan istifadə hüququnun tənzimlənməsi haqqında” AR Qanunu adlı yeni qanunvericilik aktının qəbul edilməsi təklif edilir. Bu qanunvericilik aktı dövlətlərin hüquq və məhkəmə təcrübəsi nəzərə alınmaqla beynəlxalq müqavilə və ya konvensiya layihəsi kimi də (nümunəvi akt kimi) qəbul edilə bilər. Məqalədə model olaraq verilən yeni qanunvericilik aktına KRT, donorluq prosedurları, surroqat analıq, genetik analıq və digər əlaqəli terminlərin tərifləri, izahları daxil edilmişdir. 

Azərbaycanda surroqat analıq və KRT-dən istifadəyə dair heç bir milli yurisdiksiya normalarının olmadığını nəzərə alaraq, müəllif tərəfindən detallı şəkildə hazırlanmış qanunvericilik aktının qəbulu, habelə əlaqəli sahələrdə də hüquqi normalar bazasının yaradılması təklif edilmişdir. Müəllif  xüsusilə qeyd edir ki, hazırda AR qanunvericiliyində KRT-dən istifadəyə dair boşluq və terminlərin qarışıqlığı müşahidə olunur. Məsələn, ölkədə surroqat analıq institutunun heç bir hüquqi normativ aktla tənzimlənməməsi və bu terminin yalnız bir dəfə Ailə Məcəlləsində (46-cı maddə) yalnış formada istifadə olunması, məhkəmə işlərində normativ bazanın və hüququn düzgün təfsir edilməməsinə gətirib çıxarır. Müəllifin təklif etdiyi normativ aktda isə, surroqat ana terminin anlayışı tam şəkildə verilərək, “ənənəvi” və “gestasion” surroqat analıq növləri ayrılmış, genetik valideyn, onların hüquq və vəzifələri, daşıyıcı ana, onun hüquq və vəzifələri aydın şəkildə göstərilmişdir. Müəllif KRT-dən istifadənin genetik valideyn hüquqlarından başlayaraq, insan alverinə qədər müxtəlif hüquqi problemlər yaratdığını qeyd edərək, öz elmi araşdırmasında milli yurisdiksiyanın bu prosesdə iştirak edənlərin hüquqlarını qorumaq məqsədilə necə uyğunlaşdırıla biləcəyinə işıq salır və tibbi hüquq elminin inkişafına töhfə verir.

Genetik tədqiqatlar sahəsində P. İsmayılova yeni texnologiyaların insan genomuna təsirini araşdırır, Azərbaycanda genetik tədqiqatlarda qeyri-adekvat hüquqi tənzimləmənin potensial nəticələrini vurğulayaraq, genetik xəttlə irsən keçən xəstəlik risklərini azaltmağın hüquqi yollarını müəyyən edir. Qeyd olunur ki, müasir genin redaktə vasitələrinin meydana çıxması ilə genetik xüsusiyyətləri dəyişdirmək və irsi xəstəlikləri aradan qaldırmaq potensialı getdikcə mümkün olur, bununla belə, bu texnologiya xüsusilə razılıq, məxfilik və ayrı-seçkilik məsələləri ilə bağlı əhəmiyyətli etik və hüquqi problemlər yaradır. İsmayılovanın məqalələri fərdi hüquqların müdafiəsi zərurətini balanslaşdıraraq, hüquqi çərçivələrin bu texnologiyalara necə uyğunlaşa biləcəyi barədə dəyərli fikirlər təqdim edir. Məqalələrində: Genetik müalicədə biotibbi tədqiqatları tənzimləyən beynəlxalq qanunvericiliyə nəzər salmaqla, müasir dünyada tətbiq olunan əsas prinsiplərin milli yurisdiksiyamıza gətirilməsi təklif edilir. Azərbaycanda genetik xəstəliklərin yüksək yayılma faizini qeyd edərək, “İnbreeding” (qohum nikahlar) və “Residiv genlərin” yayılmasına gətirib çıxaran proseslərin aradan qaldırılması məqsədilə qanunverici bazanın yaradılması, hüquqi boşluqların aradan qaldırılması və gələcək nəsillərin rifahı üçün Milli genofondun qorunmasının vacibliyi vurğulanır. Azərbaycanda talassemiya və hemofiliya kimi genetik xəstəliklərin yüksək daşıyıcı faizinə malik şəxslərin problemlərinin həlli və əhalinin genetik xəttinə ciddi ziyan vuracaq risklərin qaldırılması məqsədilə xəstəliyə düçar olmuş vətəndaşların genetik passportlaşdırılmasının həyata keçirməsi model olaraq təklif edilir.

İnsan orqan və toxumaların transplantasiyası sahəsində geniş araşdırma aparılaraq AR qanunvericiliyində dəyişikliklərin edilməsi, habelə beynəlxalq aktların normalarında dəqiqləşmə və təkmilləşdirmənin aparılması müəllifin beynəlxalq hüquqa verdiyi töhfələrdən hesab oluna bilər.  Məsələn, Protokolun (Additional Protocol to the Convention on Human Rights and Biomedicine concerning Transplantation of Organs and Tissues of Human Origin, 2002 Strasbourg) İnsan orqan və toxumalarının transplantasiyası zamanı cinayət maraqlarının qarşısının alınması və ölmüş şəxsin “şəxsi toxunulmazlıq hüququnun” təmin edilməsi baxımından “İradə olmadıqda, insan orqan və toxumalarının transplantasiyası qadağandır” Protokolun 17-ci maddəsinin 2-ci hissəsi norması kimi daxil edilməsi təklif edilib. Müəllif həmçinin hesab edir ki, Protokolun 21.1-ci maddəsinin redaksiyası (“...müqayisə oluna bilməz üstünlük") də qüsurlu hesab edilməlidir. Bu normanın dəyişdirilməsi "...hər hansı, o cümlədən sosial, fizioloji və s. müqayisəli üstünlük əldə etmək üçün qəbul edilə bilməz" ifadəsi ilə dəyişdirilməsi insan ləyaqətinin qorunması məqsədilə daha məntiqli olardı.

Gənc alim məqalələrində: İnsan orqan və toxumalarının transplantasiyasına dair Protokolu Azərbaycanın mövcud qanunvericiliyi ilə müqayisə edərək, daxili qanunvericilik aktında əhatəli tənzimləmənin olmaması barədə qənaətə gəlir. Belə ki, Milli yurisdiksiyanın Protokola uyğunlaşdırılaraq, onun 12-ci maddəsindəki “müstəqil məsləhət almaq hüququ” normasının Qanunumuzun 19.1.1. maddəsinə adaptasiya edilib - “tibbi biliklərə malik müstəqil ekspertdən ...ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq” normasına dəyişdirilməsi təklif edilir. Müəllif: Meyitdən transplantasiya məqsədilə orqanların götürülməsinə dair ziddiyyətli (istisnalı) formada yazılı razılıq prinsipinin; donor orqanların transplantasiya, tədris və elmi məqsədlərlə istifadə edilməsi; orqanların götürülməsinə razılıq və ya orqanların götürülməsindən imtinanın xüsusi ərizə forması ilə rəsmiləşdirilməsi (elmi məqalə çıxdıqdan sonra, 25 dekabr 2023-cü il Orqan donorluğu və transplantasiya sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar qəbul edilmişdir) və digər normaların qanunvericiliyimizə əlavə olunmasını təklif edir. Əlavə olaraq müəllif AR CM-in 137-ci maddəsində qanunsuz (kriminal) orqan transplantasiyasının bütün təzahür formalarını tam əhatə etmədiyini və buna görə də, İnsan orqanlarının alverinə qarşı Konvensiyanın AR tərəfindən tanınmasını təklif edərək bununla transmilli cinayətə qarşı beynəlxalq hüquqi mübarizənin səmərəli şəkildə aparılmasını vurğulayır (elmi məqalə çıxdıqdan sonra, 2023-cu ilin oktyabrın 30-da Azərbaycan Konvensiyanı imzalamışdır).

Xatırladaq ki, müəllifin bu sahədə çoxsaylı elmi araşdırmaları Azərbaycan, rus və ingilis dillərində çap olunub. Məqalələrin bəziləri ilə tanış olmaq istəyənlər aşağıdakı linklərdən keçid edə bilərlər. 

https://amazoniainvestiga.info/index.php/amazonia/article/view/2593

https://jilc.e-science.space/wp-content/uploads/2024/01/2.pdf 

https://legalhorizons.com.ua/lh/article/view/46/29 

http://www.iolr.org/wp-content/uploads/2023/10/Ismayilova-P.F.-Genetik-mualic%C9%99-uzr%C9%99.pdf

Günel Cəlilova








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031