Novruz Məmmədov vəzifəsindən azad edildi
Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib.
Bu barədə Trend-ə Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.
O qeyd edib ki, N.Məmmədov öz ərizəsi əsasında vəzifəsindən azad olunub.
Qeyd edək ki, N.Məmmədov 21 aprel 2018-ci ildə baş nazir təyin edilib, 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa verib. O, 2019-cu ildən ADU-nun prorektoru vəzifəsində çalışırdı.