Putin and içdi və vəzifəsinin icrasına başladı, hökuməti də istefaya göndərdi...
Vladimir Putin Böyük Kreml sarayının Andreyevsk zalında keçirilən inauqurasiyada and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb. Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Prezident hakimiyyəti rəmzlərini Putinə təqdim edib.
Vəzifəsinin icrasına başlaması elan edildikdən sonra çıxış edən Putin qeyd edib ki, Rusiya həlledici mərhələdən keçir və ölkə vətəndaşları RF rəhbərliyinin kursunun doğru olduğunu təsdiq ediblər.
“Biz Rusiyanın timsalında düzgün tərəfdaşını görən bütün ölkələrlə münasibətləri möhkəmləndirməyə açıq olmuşuq və bu, indi də belədir. Qərb ölkələri ilə dialoqdan imtina etmirik, seçim onlarındır” - deyə o bildirib.
Putin vurğulayıb ki, Rusiya Avrasiya inteqrasiyası üzrə tərəfdaşları ilə birlikdə dünya nizamının formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək”.
Bu arada, Baş nazir Mixail Mişustin yeni seçilmiş Rusiya Prezidenti qarşısında hökumətin səlahiyyətlərinə xitam verilməsi barədə sərəncam imzalayıb.
Hökumətin yeni tərkibinin formalaşdırılması proseduru Baş nazirin təyinatı ilə başlayır, namizədin Dövlət Duması tərəfindən təsdiqlənməsindən sonra ölkə Prezidenti Fərman verir. Hökumət sədri öz təyinatından sonra bir həftəlik müddətdən gec olmayaraq federal icra hakimiyyəti orqanlarının strukturu barədə dövlət başçısına təkliflər təqdim edir”, - deyə RF hökuməti öz “Telegram” kanalında məlumat verib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin Baş nazir postuna namizədi artıq mayın 7-də təklif edə bilər.
ZÜMRÜD