Bayden xanım Obamanın xeyrinə namizədliyini geri götürə bilər - ŞOK İDDİA...
Bayden öz namizədliyini geri götürə bilər və onun yerinə Barak Obamanın həyat yoldaşı Mişel Obama prezidentliyə namizəd ola bilər. Bu haqda Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Demokratlar partiyasında 2024-cü ilin avqustunda Çikaqoda keçirilməsi planlaşdırılan qurultayda Baydenin namizədlikdən geri çəkildiyini elan etməsi ehtimalını müzakirə edirlər.
Nəşrin yaydığı məlumatda, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın artıq Baydenin yerinə potensial namizədlər siyahısına daxil edildiyi deyilir.
“Bir çox amerikalı qadın prezident ideyasını bəyənir”- deyə “Spiegel” yazır.
Nəşr qeyd edir ki, Baydenin prezident seçkilərində iştirakdan mümkün imtinasının səbəblərindən biri onun yaşıdır.
TAHİR