Bir gündə könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib - DİN AÇIQLADI
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 müxtəlif markalı tüfəng təhvil götürüblər.
Həmin gün həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 qumbara, 2 patron darağı və 18 ədəd patron aşkar edilərək götürülüb.
Mətləb