"HƏMAS-ın saxladığı bütün girovlar azad olunmalıdır" - Bayden və II Abdullahdan birgə açıqlama
ABŞ Prezidenti Cozef Bayden və İordaniya Kralı II Abdullah Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdəki münaqişə və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. "Prezident və Kral II Abdullah Qəzzadakı mövcud inkişafları müzakirə etdilər və böhranın sona çatması üçün birlikdə çalışmağa sadiqliklərini təsdiqlədilər", - açıqlamada deyilir.
Məlumata görə, liderlər söhbət zamanı Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən saxlanılan bütün girovların azad edilməsinin zəruriliyini və Fələstin anklavına humanitar yardımın çatdırılmasını artıracaq atəşkəsə nail olmağın vacibliyini qeyd ediblər.
Mətləb Salahov