Türkiyənin bu bölgələrində təkrar bələdiyyə seçkiləri keçiriləcək - QƏRAR
Türkiyənin bir sıra rayonlarında iyunun 2-də təkrar bələdiyyə seçkiləri keçiriləcək. Bu barədə Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmed Yener bildirib. Onun sözlərinə görə, Ali Seçki Komissiyası martın 31-də keçirilən ümumxalq səsverməsi ilə bağlı bütün müraciət və şikayətlərə baxıb.
“Aksaray əyalətinin Güzelyurt, Kayseri əyalətinin Pınarbaşı, Şanlıurfa əyalətinin Hilvan, Sivas əyalətinin Yıldızeli Güney Kaya, Tunceli əyalətinin Mazgirt, Kırıkkale əyalətinin Lüleburqaz və Aksaray əyalətinin Sağlıq bölgəsində təkrar seçkilərin keçirilməsi qərara alınıb”, – deyə sədr bildirib.
Mətləb Salahov