Səyyahlar Cəbrayılda minatəmizləməni izlədilər - FOTO
Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyəti Cəbrayılın Cocuq Mərcanlı kəndinin ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bununla da beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb.
Səyyahlar 3 gün ərzində Füzuli, Şuşa, Ağdam, Kəlbəcər, Laçın və Cəbrayıl marşrutu üzrə hərəkət ediblər.
Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin mayın 2-dən Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Vagaclub”un rəhbəri, 35 yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.
Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edib.