Ermənistan Azərbaycan Ordusu ilə bağlı yayılmış dezinformasiyanı təkzib etdi
Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkədə yayılmış Azərbaycan Ordusunun Tavuşdakı erməni mövqelərini atəşə tutduğuna dair məlumatları təkzib edib.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan MN bəyanat yayıb.
"Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin Tavuşdakı erməni mövqelərini atəşə tutması ilə bağlı məlumatlar reallığı əks etdirmir", - bəyanatda deyilir.
Ermənistan MN vətəndaşları rəsmi məlumatları izləməyə çağırıb.