Beynəlxalq səyyahlar Xudafərin körpüsünü ziyarət ediblər
Norveçdən olan beynəlxalq səyyahlar Cəbrayıldakı Xudafərin körpüsünü ziyarət ediblər. Qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən qədim Azərbaycan memarlıq abidəsi – Xudafərin körpüsü ilə tanış olmaq üçün Cəbrayıl şəhərinə gəliblər. Ərazidə əcnəbi səyahətçilərə körpünün tarixi və onun Böyük İpək Yolunda vaxtilə əsas rolu haqqında məlumat verilib.
Qeyd edək ki, Norveç Milli Beynəlxalq Səyahətçilər Klubu “Vagaclub”ın nümayəndə heyəti Yorn Auqestadın rəhbərliyi altında Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyyahlar Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.
Bu tur beynəlxalq nümayəndə heyətinin erməni işğalından azad edilmiş Azərbaycan ərazisinə onuncu səfəri olub.
Mətləb