ÜDSY-nin məbləği 9,5% artıb
2024-cü ilin aprel ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 9,5% artıb. Bu barədə baki-xeber.com-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, ötən ilin aprel ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 440,4 manat idisə, 2024-cü ilin müvafiq dövründə bu məbləğ artaraq 482,0 manat təşkil edib.
İradə SARIYEVA