KÖHNƏ VERSİYA            

Dini liderlərin Şuşa görüşündə Bəyannamə qəbul olundu... - YENİLƏNDİ

Image

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşü keçirilib.

Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər.

Sonda Şuşa Bəyannaməsi qəbul olunub. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünya dini liderlərinin Şuşa Bəyannaməsi yekdilliklə qəbul edilib. İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesini alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.

Bəyannamədə deyilir:

“2024-cü ilin 1-3 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayədarlığı ilə təşkil olunan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda, müxtəlif ölkələrin dini liderlərinin “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyası (Bakı görüşü) və Şuşa görüşü keçirilmişdir.

Dini liderlərin Bakı və Şuşa görüşlərinin iştirakçıları – dünya və ənənəvi dinlərin liderləri, ictimaiyyət, elm xadimləri, beynəlxalq və dini təşkilatların nümayəndələri:

- Azərbaycan Respublikasının beynəlxalq müstəvidə sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafı, milli-mədəni və mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ənənələrinin təbliğində önəmli rolunu qeyd edərək,

- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirakını və dərin məzmunlu çıxışını yüksək dəyərləndirərək;

- Azərbaycan Hökuməti tərəfindən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Görüşünə göstərilən diqqət və dəstəyi yüksək qiymətləndirərək,

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi”, “Dünya dini liderlərinin I və II Bakı sammitləri, habelə digər ölkələrdə keçirilən mühüm forumlar – “Dünya və ənənəvi dinlərin liderlərinin Astana qurultayları”, “Bəhreyn Dialoq Forumu”, “G20”, “İqlim dəyişikliyi üzrə COP”, “Səudiyyə Media Forumu” və s. bu kimi platformalarda dinlərarası dialoq məsələlərinə həsr olunmuş və qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə verən tədbirlərin əhəmiyyətini vurğulayaraq,

- Zati-Müqəddəsləri Roma Papası Fransisk və Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 4 fevral 2019-cu il tarixində Abu-Dabidə imzalanmış “İnsani Qardaşlıq və Dünyada Sülh” Birgə Sənədinin sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinə, sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğunu vurğulayaraq,

- beynəlxalq səviyyədə terrorizmin geniş miqyasda yayılması, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün və zorakılığın artması faktları ilə bağlı dərin narahatlıq ifadə edərək,

- davamlı tərəqqiyə, sabitlik və təhlükəsizliyə maneə olan aqressiv təbliğatlara, müxtəlif dinlərin ardıcılları arasında qarşılıqlı inamı pozan əməllərə, nifrət çağırışlarına və dinlərarası ixtilafların qızışdırılması hallarına qarşı beynəlxalq birlik tərəfindən birgə səylərin gücləndirilməsinin zəruriliyini bildirərək;

-insan hüquqlarının, beynəlxalq humanitar hüquq normalarının sistemli və kütləvi şəkildə pozulması hallarını pisləyərək, xüsusilə qadın və uşaq haqlarının qorunması sahəsində dövlət, din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyini vurğulayaraq;

-terrorçu və ekstremist qruplaşmaların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinə qarşı birgə və yekdil mövqedən çıxış edilməsinin zəruriliyini vurğulayaraq;

-dünya xalqlarının dini və mədəni müxtəlifliyinin bəşər sivilizasiyasının ən böyük irsi kimi qorunmasının vacibliyini təsdiq edərək;

-silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunmasından, o cümlədən Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı dövründə Azərbaycanın mədəni və mənəvi irsinə aid olan abidələrin dağıdılmasından, məqsədyönlü şəkildə həyata keçirilən yandırılmış və minalanmış torpaq, ekosid və urbisid siyasətinin ağır nəticələrindən dərin narahatlıq ifadə edərək;

-Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini, xüsusilə də, mədəni və dini abidələrin bərpası və yenilərinin inşası proseslərini təqdirəlayiq hesab edərək,

-Cənubi Qafqaz regionunda sülhə, barışığa, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və birgəyaşayışa xidmət edən siyasi prosesləri dəstəkləyərək,

- bəzi dövlət, beynəlxalq və dini təşkilatların bu bölgədə sabitliyə xidmət etməyən bəyanatları, xüsusilə də erməni kilsəsi tərəfindən təbliğ olunan işğalçılıq, aqressiv separatizm və revanşizm ideyalarını zərərli tendensiya kimi qiymətləndirərək,

-dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqedən çıxış etməsi üçün bu kimi dinlərarası tədbirlərin mütəmadi keçirilməsi və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində davamlı əsaslarda “Dini Liderlərin Görüşü”nün təşkil olunması niyyətlərini ifadə edərək,

-2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək İqlim dəyişikliyi üzrə COP29 Sammitinə, habelə bu mühüm platforma çərçivəsində beynəlxalq “Dini pavilyonu”na və “Dini Liderlərin Zirvə Görüşü”nə ev sahibliyi edəcək Azərbaycan Respublikasına uğur diləyərək,

Dövlətləri, beynəlxalq, regional, dini, ictimai təşkilatları və dini liderləri

- dünyanın müxtəlif regionlarında hazırda baş verən müharibələrin və hərbi münaqişələrin tezliklə dayandırılması, günahsız insanların və mülki əhalinin qanının tökülməsinin qarşısını almağa yönəlmiş təxirəsalınmaz səyləri dəstəkləməyə;

- dialoq və ümumbəşəri humanizm ideyalarının təbliği yolu ilə dünya və ənənəvi dinlərin liderlərinin sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşma və dinc birgəyaşayış mühitinin təşviqi sahəsində dövlət və ictimai qurumlarla, beynəlxalq təşkilatlarla birgə əməkdaşlığına dəstək verməyə;

-terrorizmin və insanlıq əleyhinə cinayətlərin din adı ilə əlaqələndirilməsi, ayrıseçkiliyə əsaslanan rasizmin, irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların qarşısının alınması üçün təsirli tədbirlər görməyə;

-dini rəmzlərə, müqəddəsliklərə və atributlara qarşı vandalizm aktlarını pisləməyə, demokratiya və söz azadlığı pərdəsi altında bu kimi əməllərə bəraət qazandırmağa yol verməməyə;

-gənclərin ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizədə daha fəal iştirakı məqsədilə bərabər vətəndaşlıq mövzusunda maarifləndirilməsini və bu proseslərdə kütləvi informasiya vasitələrinin rolunu təşviq etməyə;

-dini, mədəni və etnik müxtəlifliyin himayə olunması və buna hörmətlə yanaşılmasını dəstəkləməyə;

-silahlı münaqişə, təqib və zorakılıq səbəbindən qaçqınların, məcburi köçkünlərin və miqrantların kütləvi axını nəticəsində dünyada humanitar böhranın fəlakət həddinə çatması ilə bağlı öz dərin narahatlıqlarını ifadə etməyə, onların pozulmuş hüquqlarının bərpa olunmasına, eləcə də bu cür vəziyyətlərin yaranmasına gətirib çıxaran faktorların aradan qaldırılmasına səy göstərməyə;

-media və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və nifrət çağırışlarının qarşısının alınmasında əməkdaşlığın artırılmasına;

-dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olması, habelə iqlim dəyişikliyi ilə əlaqədar yaranmış problemlərin həllində dinlərin potensialından daha səmərəli şəkildə faydalanmağa;

-İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə riayət olunaraq, insan hüquqularının, qadın və uşaq haqlarının qorunması sahəsində dövlət, din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırırlar.

Şuşa şəhəri, 2 may 2024-cü il”.

ZÜMRÜD







VİDEO

Qarabağın işğal edilməsində Yeltsinin məsuliyyəti - ilk dəfə açıq şəkildə bəyan edildi... - VİDEO

Fransadan sonra ABŞ da nəhayət Almatı sülh prosesini dəstəklədi... - VİDEO

57 dövlət Qərbi Azərbaycan məsələsinə imzasını atdı - böyük tarixi hadisə… - VİDEO

Delimitasiya üçün niyə 1976-cı il xəritəsi seçildi...

Bakıdakı 8 erməni separatçının həbs müddəti niyə uzadıldı...?

Kaledoniya qan içindədir - bəs Makronun adamları deyirdi İlham Əliyev Fransaya qərəz göstərir?!...

SON XƏBƏRLƏR

16.05.2024 | 21:34
"Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik" - Prezident

16.05.2024 | 21:14
Avropa Birliyində misilsiz ikiüzlü qanun - miqrantlar varlı ölkələrə buraxılmayacaq...

16.05.2024 | 20:58
Paşinyan Azərbaycanla dinc yanaşı yaşamağı "yad fenomen" adlandırdı...

16.05.2024 | 20:45
Ermənistanın Avropa Sülh Fonduna qəbul olunması Cənubi Qafqaza düşmənçilikdir...

16.05.2024 | 20:32
Lukaşenko: "Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur"

16.05.2024 | 20:31
Putin və Cinpin Rusiya-Çin hərtərəfli tərəfdaşlığını dərinləşdirir

16.05.2024 | 20:30
"Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq" - Lukaşenko

16.05.2024 | 20:23
Prezident İlham Əliyev: "Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır"

16.05.2024 | 20:20
"Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var" - Prezident İlham Əliyev

16.05.2024 | 20:17
Ermənistan yazıçıları qiyamçı yepiskopun qabağında "yerə sərildilər"...

16.05.2024 | 20:11
Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin sədri: Prezident İlham Əliyevin kursuna layiq olmağa çalışırıq

16.05.2024 | 20:03
Rusiyada yeni qanun - miqrantlar nigaha girə bilməyəcək...

16.05.2024 | 19:49
Azərbaycan və Ermənistan protokol imzaladılar - kilsə məğlub oldu...

16.05.2024 | 19:36
Sülhməramlılar Qarabağdan çıxdı, Moskva və Bakı yeni pilləyə qalxdı - Qərb məmnun qalmadı, Osmanqızı isə...

16.05.2024 | 19:22
Qafqazın 2 dövləti Qərb-Rusiya vuruşunda çalxalanır - tək Azərbaycan...

16.05.2024 | 19:08
Müharibədən əvvəl Qarabağ zəfərini ilk olaraq Əliyevlə Lukaşenko müzakirə ediblər... Tarixi sirr...

16.05.2024 | 19:06
Prezident İlham Əliyevin adından Lukaşenkonun şərəfinə “Gülüstan” sarayında dövlət ziyafəti verilib - FOTO

16.05.2024 | 18:56
İKT Azərbaycanın tərəqqisinin təməl sütunlarından birinə çevrilir...

16.05.2024 | 18:42
Paşinyan Demokratiya sammitində Əliyevin adından aşkar yalan danışdı - belə şey olmayıb...

16.05.2024 | 18:28
Türkiyədə çevriliş məsələsində Moskvanın "xüsusi kanalları" yenə işləyir...

16.05.2024 | 18:16
Fransanın kanak xalqına qarşı vəhşilikləri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edildi...

16.05.2024 | 18:12
Bir artistin 24 kvadratlıq evdə yaşaması informasiya məkanımızda niyə trendə çevrilə bilir?

16.05.2024 | 18:03
Heydər Əliyev Fondunun əməkdaşları təltif edildi - SƏRƏNCAM

16.05.2024 | 17:58
Bir sıra hallarda ailələri elə psixoloqlar dağıdır - psixoloqlar özbaşlarına buraxılıb...

16.05.2024 | 17:53
Ermənipərəst senator Menendes məhkəmədə özünü qurtarmaq üçün arvadını "baqaja qoydu"...

16.05.2024 | 17:45
Qaluzin Avromissiyaya “hibrid müharibə aləti” dedi, Paşinyan “səhviniz var” cavabını verdi...

16.05.2024 | 17:32
Delimitasiya üçün niyə 1976-cı il xəritəsi seçildi...

16.05.2024 | 17:30
ASAPES-də növbəti dəfə karyera sərgisi keçirilib

16.05.2024 | 17:25
Nəsimi rayonunda 14 saylı məktəbdə “erkən nikaha yox” tədbiri keçirildi - FOTO

16.05.2024 | 17:18
Bakıdakı 8 erməni separatçının həbs müddəti niyə uzadıldı...?

16.05.2024 | 17:12
Yeni Kaledoniya deputatları Makronla videokonfrans keçirməkdən imtina etdi

16.05.2024 | 17:05
Ailələrin yarıdan çoxu alkoqol üzündən boşanır?

16.05.2024 | 16:53
Qusar bələdiyyəsinin sədri həbs edildi...

16.05.2024 | 16:40
Qucaqdan-qucağa atılan Ermənistan...

16.05.2024 | 16:35
Paşinyanın nazirinin pensioner anası İrəvanda 230 min dollarlıq lüks malikanəni necə tikdirib? - Erməni mediası suala cavab axtarır...

16.05.2024 | 16:24
Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib

16.05.2024 | 16:06
Yunus Oğuz: "Qəzzada baş verən faciələrdə birbaşa İranın əli var"

16.05.2024 | 16:04
“Parkda”kılar

16.05.2024 | 16:01
Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin təntənəli açılışı olub

16.05.2024 | 15:55
Azərbaycan və Belarus Prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

16.05.2024 | 15:25
Yeni Kaledoniyada etiraz aksiyalarında saxlananların sayı 200-ü keçdi...

16.05.2024 | 15:16
Yardımlı polisi əməliyyat keçirdi - 3 narkokuryer 15 kiloqram marixuana ilə tutuldu

16.05.2024 | 15:15
"Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk" - Prezident

16.05.2024 | 14:44
Ölməz qəhrəman - Anar Novruzov - FOTO

16.05.2024 | 14:44
İnkişaf və Diplomatiya İnstitutu və tərəfdaşlarının təşkilatçılığı ilə İqlim və Su Sammiti keçirilib

16.05.2024 | 14:26
XİN Azərbaycanı ittiham edən Makronun nazirinə Fransanın xalqlara qarşı cinayətlərini xatırlatdı...

16.05.2024 | 14:17
Prezident İlham Əliyev və Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

16.05.2024 | 14:15
Azərbaycan-Belarus sənədləri imzalanıb - FOTO/YENİLƏNDİ

16.05.2024 | 13:47
Kaledoniya qan içindədir - bəs Makronun adamları deyirdi İlham Əliyev Fransaya qərəz göstərir?!...

16.05.2024 | 13:41
Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyalarında müstəqillik mübarizəsi aparan 14 hərəkat Yeni Kaledoniyaya dəstək Bəyanatı yayıb

16.05.2024 | 13:35
"Ermənistanın sərhəd qoşunları 10 gündür ki, Bağanıs Ayrım - Əskipara ərazisində xidmət edir" - Paşinyan

16.05.2024 | 13:16
Vardanyanın həbs müddəti uzadıldı

16.05.2024 | 13:03
Пашинян опять бредит - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.05.2024 | 12:44
Prezident İlham Əliyevin Prezident Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

16.05.2024 | 12:15
Kürdəmirdə narkotik satışı ilə məşğul olan şəxs saxlandı

16.05.2024 | 11:55
Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb

16.05.2024 | 11:17
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - FOTO

16.05.2024 | 11:12
Belarus Prezidenti Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub - FOTO

16.05.2024 | 11:10
Pakistan daha bir silahı uğurla sınaqdan keçirib

16.05.2024 | 11:04
Bu futbolçu Frenk Lempardın rekordunu qırıb

16.05.2024 | 11:03
Avropalı diplomatlardan misli görünməmiş həyasızlıq - CANLI

16.05.2024 | 11:00
Fransa – Azadlığın həbs edildiyi irtica yuvası!

16.05.2024 | 10:53
Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - Baş Prokurorluq

16.05.2024 | 10:26
Tuvalunun general-qubernatoru, Tonqanın Baş naziri və Baham Adaları Birliyinin XİN rəhbəri Bakı Kommünikesini qəbul ediblər

16.05.2024 | 10:23
Lənkəranda iki ay əvvəl itkin düşmüş qadın qəsdən öldürülüb - RƏSMİ AÇIQLAMA

16.05.2024 | 10:05
Bu gün Bakının 2 rayonunda və Sumqayıtda qaz olmayacaq

16.05.2024 | 10:00
"Atletiko" Çempionlar Liqasına vəsiqə qazandı

16.05.2024 | 09:40
"Qoca sinyora" İtaliya kubokunun qalibi oldu

16.05.2024 | 09:34
Fransada "JEK" işçiləri də tətilə başlayır

16.05.2024 | 09:27
Kartlardan pul oğurlanmasında bankların özlərinin əli varmı?..

16.05.2024 | 09:21
Ağdamda evdən pul oğurlayan şəxs yaxalanıb

16.05.2024 | 09:13
Vladimir Putinin Çində səfərdədir

16.05.2024 | 09:00
Rusiyada “Xorta” araqının istehsalı dayandırılıb

16.05.2024 | 08:42
Un ucuzlaşıb - çörəyin qiyməti dəyişə bilərmi?..

16.05.2024 | 00:31
Qarabağın işğal edilməsində Yeltsinin məsuliyyəti - ilk dəfə açıq şəkildə bəyan edildi... - VİDEO

16.05.2024 | 00:00
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının doqquzuncu iclası keçirildi - Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı

15.05.2024 | 23:46
Slovakiyanın baş nazirinə SUİ-QƏSD CƏHDİNİN GÖRÜNTÜLƏRİ ortaya çıxdı - VİDEO

15.05.2024 | 23:07
Aleksandr Lukaşenko Bakıdadır - YENİLƏNİB

15.05.2024 | 22:35
Fransadan sonra ABŞ da nəhayət Almatı sülh prosesini dəstəklədi... - VİDEO

15.05.2024 | 21:14
Azərbaycanın saziş mətni barədə Ermənistana son şərti açıqlandı...

XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031