Norveçli səyyahlar Füzuli, Şuşa və Ağdama səfər ediblər... - YENİLƏNDİ
Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar, onlara beynəlxalq hava limanı haqqında məlumat verilib.
Sonra səyyahlar Füzuli şəhəri ilə tanış olublar. Onlara şəhərin işğal dövrü və görüləcək işlər barədə məlumat verilib.
Səyyahlara Füzuli şəhərində görüləcək işlər barədə də məlumat verilib.
Daha sonra qonaqlar uzun illər sonra Füzuliyə qayıtmış sakinlərlə söhbət edib, şəhərdə salınmış yaşayış kompleksi ilə tanış olublar.
Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik heyəti daha sonra Şuşa şəhərinə səfər edib. Əsasən gənclərin üstünlük təşkil etdiyi heyətin Şuşa şəhəri ilə tanışlığı başlayıb.
Qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib.
Norveçli səyyahlar daha sonra Ağdama gəliblər. Xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.
ZÜMRÜD