"Forumda düzgünlük, ədalət və təhlükəsizliyin bərqərar olması barədə fikirlər irəli sürülür" - Janna Skot
“Gəncləri qlobal sferaya cəlb etmək çox önəmlidir. Bu vasitə ilə onlar arasında kommunikasiya yaratmaq mümkündür”.
Bunu ABŞ Daxili Təhlükəsizlik Departamentinin keçmiş direktor müavini, İnanc Əsaslı və Qonşuluq Tərəfdaşlıqları Mərkəzi, Dini Etiqad Azadlığı üzrə Amerika Mərkəzinin direktoru Janna Skot "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiyada çıxışı zamanı söyləyib.
O qeyd edib ki, mədəniyyətlərarası əlaqələrdə təhsilin rolu danılmazdır: “Düşünürəm ki, gənc nəsil üçün mənəvi təməl qurulmalıdır. Biz post-konflikt erasında yaşayırıq. Etiqadın prinsiplərinə mütləq riayət olunmalıdır. Bu tədbirdə düzgünlük, ədalət və təhlükəsizliyin bərqərar olması barədə fikirlər irəli sürülür. İnanc da mədəniyyətin bir parçasıdır”.
“Bəzi Afrika ölkələrində orta yaş həddi on altıdır. İnsanlar öz mənfəəti deyil, ümumi dünyanın yaxşılaşdırılması üçün çalışmalıdırlar. Biz gələcək nəsillərə daha yaxşı dünya verməliyik",- deyə J. Skot sözlərinə əlavə edib.
ZÜMRÜD