"Dezinformasiyalar dünyanın parçalanmasına şərait yaradır" - Sohel Mahmud
Hazırda dünyada qütbləşmələr mövcuddur. Bu səbəbdən sülhlə yanaşı, ədalətdən də danışmalıyıq.
Trend xəbər verir ki, bu barədə Strateji Araşdırmalar İnsititunun direktoru, səfir Sohel Mahmud VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” adlı panel sessiyasında çıxışı zamanı deyib.
“Dinlər arasında sülh və dialoq çox vacibdir. Dialoq qurulması üçün təklif verilməklə yanaşı, real addımlar atılmalıdır. Yeni texnologiyaların yaradılması və sosial mediadan aktiv istifadə dünyanı çox mürəkkəb yerə çevirib. Bunun nəticəsində rəqəmsal texnologiyalar artdı və məlumatlara çıxışımız asanlaşdı.
Amma bunun mənfi tərəflərindən biri də dezinformasiyalardır. Hansı ki, bunlar dünyanın parçalanmasına şərait yaradır”,- deyə o bildirib.