"Mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi olduqca vacibdir" - Ciorcio Mule
Mədəni irsin qorunması qanunvericilik orqanlarının üzərinə düşən ən mühüm vəzifələrdən biridir. Trend-in məlumatına görə, bunu İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zamanı deyib.
O qeyd edib ki, mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.
C.Mule bildirib ki, İtaliya qanunlarına əsasən, mədəni irsin qorunması üçün övlət qurumları inzibati addımlar atırlar.
“Mədəni irsin qorunmasında cəmiyyətin rolunu da qeyd etmək lazımdır. İtaliyada mədəni irsin qorunmasına dair qanunvericilik aktları mövcuddur. İtaliyada mədəni irsin qorunmasına xüsusi diqqət yetirlir. Sadəcə parlamentlər mədəni irsin qorunmasında yeganə tərəf deyillər. Qanunvericiliyin icrasına nəzarət edən qurumlar da məsuliyyət daşıyır və qanunun icrasına nəzarət vacib amildir. Biz çalışmalıyıq ki, mədəni irsi daha yaxşı qoruyaq, riskləri azaldaq və mədəni irsin iqtisadiyyata töhfə verməsini təmin edək”, - deyə o əlavə edib.