Baltikyanı ölkələrin Rusiya qorxusu - Zirzəmilər sığınacaq üçün hazır vəziyyətə gətirilir...
Rusiyanın növbəti hədəfinin Baltikyanı ölkələr ola biləcəyi qorxusu artmaqda davam edir. Latviyanın paytaxtı Riqanın meri şəhər sakinlərinə müraciət edərək, zirzəmilərini “fövqəladə hallara” qarşı sığınacaqlara çevirməyə çağırıb.
“Biz hər kəsi zirzəmiləri əsaslı təmizləməyə və təcili sığınacaq kimi istifadə olunmasını təmin etməyə çağırırıq”, - deyə mer Kirsis bildirib.
Keçmiş Sovet Respublikası Latviya Rusiya ilə 214 uzunluğunda sərhədi bölüşür və 2004-cü ildən NATO-nun üzvüdür. Rus ordusu Ukraynada irəlilədikcə, Rusiya prezidentinin hərbi alyansın üzvü olan Latviya və ya qonşu Baltikyanı ölkələr olan Estoniya və Litvanı hədəfə ala biləcəyi ilə bağlı qorxular da artır.
Riqanın mülki müdafiə komissiyası da hücum ehtimalına hazırlıq məqsədilə şəhərdəki ictimai binalarda sığınacaqlar hazırlamağa başlayıb. Komissiyanın sədri Gints Reinsons şəhərin ilin sonuna qədər hər ay 100 sığınacaq hazırlayacağını bildirib.
"İctimai binaların, məktəblərin, qocalar evlərinin, xəstəxanaların və bələdiyyə binalarının zirzəmiləri yoxlanılacaq və hücum olacağı halda gizlənmək üçün istifadəyə hazır vəziyyətə gətiriləcək" - deyə o bildirib.
TAHİR