KÖHNƏ VERSİYA            

Tural Qəlbinur işığı

Image

Körpə ilk işıq axtarar. Gözlərini işığa zilləyər niyəsini bilmədən. Hərdən düşünürəm ki, bəlkə də bilir... Axı həmişə işıq axtarır insan. Ömrümüzün işığı ömrümüzdən keçən insanların işığıdır həm də..Və insan sandığın bu işığı görmək üçün mənəvi sağlamlığını qoruyur. Bir də fiziki sağlamlığımız var. Ən gözəli fiziki və mənəvi sağlamlığımızın güvəni olanlardı. Onu tanıyanlar bu güvəni tapmış olur.

İşıqlı ailədə dünyaya gəlib. Özü ilə də işıq gətirib. Təkcə doğmalarının həyatına deyil, hamımızın həyatına.
 Mən gözümüzün işığını düşünmədən etibar edə biləcəyimiz və varlığı ilə qəlbimizə rahatlıq gətirən Tural Qəlbinurdan bəhs edirəm. Haqqında çox danışılır, yazılır, çoxlarına tanışdı bu ad: oftalmoloq Tural Qəlbinur.

13 yaşında orta məktəbi bitirib. Sonra Tibb Universitetində təhsil alıb. Özünün dediyi kimi, məktəb və tələbə yoldaşları ondan böyük olub. Əslində yaşca böyük olublar. O, öz zəhməti, savadı, istedadı ilə çoxundan böyük olmağı bacarıb.

Haqqında bu məlumatları öyrəndim:

1995- ci ildən 2001-ci ilə qədər, yəni 13 yaşından Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində  oxuyub.

2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində Vakıf Gureba Tədris xəstəxanasının (Bezmi Alem Vakıf Universiteti) Göz xəstəlikləri kafedrasında oftalmologiya ixtisası üzrə;

2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində dünyanın ən aparıcı Tibb Universitetlərindən biri olan Hadassah-Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship-yüksək ixtisas artırma təhsili alıb.

2009-2010-cu illərdə Kanadanın Toronto şəhərində dünyanın ən aparıcı Tibb Universitetlərindən biri olan Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili alan və göz cərrahı kimi çalışan ilk Azərbaycanlıdır.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olub.

2005-ci ildə  mövzusu: “Neovaskulyar Qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu”olan dissertasiya işinin müdafiəsindən sonra tibb elmləri namizədi alimlik dərəcəsini alıb.

2016-cı ildə, 34 yaşında Azərbaycanın tibb sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsini alan ilk oftalmoloq-həkimdir. Dissertasiya mövzusu: “Tor qişanın irsi distrofiyalarının profilaktika və müalicəsinə yeni yanaşmalar sistemi (eksperimental-klinik tədqiqat)”.

Onu anadan olandan-1982-ci ildən qiyabi tanıyırdım. O vaxtdan dünyaca məşhur  hörmətli professorumuz, oftalmoloq-şair Paşa Musayevi tanımışam. Ötən əsrin 80-ci illərində onunla şair  Paşa Qəlbinur kimi tanış olmuşdum. O illərdə alim kimi xeyli uğurları vardı, amma o qədər sadə, təvazökar idi ki, bu haqda heç danışmazdı, forslanmazdı yəni. Sadəcə nurlu biri kimi sevdim onu.  Ömrümüzdən çox insanlar keçir. Amma itirmək istəmədiklərimiz çox olmur Paşa Qəlbinur kimi. Bu iilərdə xanımı ilə tanış oldum, övladları haqqında az-çox bilgilərim oldu. Ayan, Aysel və Tural. Hər üçü uğurlu göz həkimidir. Onların hər bir uğuruna sevinirəm. 

Canımız ağrıyanda, sağlamlığımızda problem olanda həkimə getməli oluruq. Öncə həkim axtarırıq-yaxşı həkim. Daha dəqiq-vicdanlı həkim. Görəndə inana biləcəyimiz ki, bu çox vacibdi. Mən təkcə özümün deyil, əziz varlıqlarımın qızımın, nəvəmin, yaxınlarımın göz işığını ancaq sevimli professorumuz Paşama etibar etmişəm. Vəzifəm, varım-dövlətim olmasa da həmişə diqqət, hörmət gördüyüm, heç bir müraciətimi geri çevirməyən çox az sayda dəyərli insanlardan biridir. 

Professor-şair Paşa Qəlbinurun davamçıları olan övladları da belədir.

Son illərdə isə Tural haqqında Paşa Qəlbinurun oğlu olmasının fərqində olmadan, çox tərif eşitmişdim. Xarici ölkələrdən aldığı iş təklifini qəbul etməyib, vətənə döndüyünü də eşitmişdim. Bu da məni sevindirmişdi.  Savadlı insanlar həm də xalqın mənəvi sərvətidir. Müəyyən səbəblərdən xarici ölkələrə üz tutanlara uğur arzulasam da, onların ölkədən getməsinə çox üzülürəm. Onların arasında haqsızlığa məruz qalanlar da var. Çox istərdim ki, məsul, səlahiyyətli şəxslər savadlı gənclərimizin ölkədən getməsinə diqqətli olsunlar, onlara öz dövlətinin inkişafında çalışmaq üçün şərait yaratsınlar. 

Mən sizə öz işinin peşəkarı olanlardan birindən, yalnız xəstələrinin deyil, ölkəsinin də işığını qoruyan 34 yaşında Azərbaycanda tibb elmində ən gənc elmlər doktorundan danışıram. Yazını oxuyanlar arasında “o qədər savadsız professor, ya həkim var ki.”-deyə düşünənlər olacaq. Mən də yazarkən bunu düşündüm. O qədər elmi dərəcəsi olmayan, amma çox savadlı həkim olanlar da var.

 Gözümüzü götürüb yanına getdiyimiz, saatlarla qəbuluna düşməyi gözlədiyimiz, bizə işıq verən, vitreoretinal xəstəliklər və cərrahiyyəsi üzrə uzman olan Tural Qəlbinur isə məhz öz sənətinin ləyaqətini, qüdrətini uca tutan, sevdirən həkimdir. Onu görəndə, ünsiyyətdə olanda, əllərinin sehrini hiss edəndə həkimləri, hətta xəstəliyini də sevirsən. Haqqında  məlumat çoxdur. Mən öz gördüyümü, şahidi olduğumu yazıram.

Amerika Oftalmologiya Akademiyasının, Görmə və Oftalmologiya üzrə Araşdırmalar Assosiasiyasının, Amerika Retina Mütəxəssisləri Cəmiyyətinin, Avropa Retina Cəmiyyətinin, Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin, İsrail Görmə və Göz araşdırmaları Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyəti-Gənc Oftalmoloqlar Bölümünün İdarə Heyətinin və Azərbaycan Tibb Assosiasiyası Jurnalının Redaksiya heyətinin üzvüdür. Tural Qəlbinur bir müddət Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində çalışıb. 2016-cı ildən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında işləyir.

Bu məlumatları vikipedidən götürdüm. 

O, həm də ölkəmizdə  tor qişa-retina cərrahiyyəsini ən müasir üsulla edən ilk oftalmoloq cərrahdır. “Sarı ləkə”, “Şəkərin gözə fəsadları”, “toyuq korluğu” kimi xəstəliklərin müalicəsində eksperimental-kliniki çalışmaları olan və bu çalışmaları dünyanın ən reytinqli elmi jurnallarında çap olunan yeganə Azərbaycan alimidir. 

Həkim ilk ünsiyyətdən inam yaratmadısa, çətin olur. Həkimə inamsızlıq varsa, sağalmazsan. Həkimin təbəssümü də məlhəmdir. Laqeyd, soyuq baxışla xəstənin müalicəsindən öncə, işin maddi tərəfini görən həkimin müalicəsi nəticəsiz olar, əksinə, mənəvi ağrı verər. Nə yaxşı ki, Tural Qəlbinur kimi öz xalqına xidmət edən, fiziki və mənəvi sağlamlığımızı qoruyan savadlı cavanlarımız var. Məhz sərvətimz olan onun kimi savadlı cavanlar işığımızı qoruyur. Biz də onları qoruyaq. Qoruyaq ki, vətənimizin işığı çox olsun!

Kamalə Abiyeva







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:01
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlayır? - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031