KÖHNƏ VERSİYA            

Nizami Gəncəvinin bir çox əsərlərini ərəb və fars dilində yazmağının əsas səbəbi

Image

Böyük ədib, dahi Nizami Gəncəvi öz dövründə niyə çox vaxt öz doğma dili olan türk dilində yox, ərəb və fars dillərində yazırmış? Bu suala onun öz əsəri ilə cavab versək, daha dəqiq olar. 

Bu səbəbi ədib "Leyli və Məcnun" əsərində "Kitabı yazmağa başlamasının səbəbi"ni yazarkən özü etiraf edib.  

Günlərin bir günü Nizami Gəncəvi əhvalının xoş bir vaxtında  istəyir elə bir divan yazsın ki, yenə hamını heyran etsin. O bunu əsərində belə yazır:

Bir gün nəşəliydim, aləm şad kimi,
Dəmlər içindəydim Keyqubad kimi.
Qaşlarım açıqdı, sanki bir kaman,
Qarşımda dururdu yazdığım divan.

Yazılarından məlum olur ki, böyük ədib zamanının qədrini bilər, vaxtını heç vaxt hədər keçirməyi xoşlamazdı. O bunu özünün "Leyli və Məcnun" əsərində "Kitabı yazmağa başlamasının səbəbi"ni yazarkən belə göstərib:  

Mədəsi ac olan işsiz bir köpək,
Boş-boş oturmaqla taparmı çörək?

Bu dünya səsiylə səsləşənindir,
Dövranla düz gəlsən, dövran sənindir.

Belə fikirlərlə Nizami gözəl bir əsər yazmağa hazırlaşarkən onun qapısına şahın elçisi gəlir, ona şahdan məktub gətirir. 


Hər zəhmət sonunda bir səadət var,
Bəxti olanlar da xəzinə tapar.

Bu zaman bir elçi gəldi eyvana,
Şahın məktubunu gətirdi mana

On-on beş sətirdi şahın bu sözü
Gözəl xətti ilə yazmışdı özü.
Şah məktubunda yazırdı:

"Ey söz dünyasına hakim Nizami,
Qulluğa məhrəmsən tut ilticamı.
Səhər yuxusunun pərdəsini at,
Yenə söz oynadıb bir sehr yarat.
Əqli heyran qoyan söz meydanında
Min şirinlik göstər hər dastanında.
İstərəm Məcnunun böyük eşqinə
Bir söz xəzinəsi açasan yenə.
Bakirə Leylitək, ey böyük ustad!
Şeirdə iki-üç bakir söz yarat.
Deyim, bu şəkərdir, deyildir acı,
Deyim ki, bu sözdür başımın tacı.
Min eşq kitabından yüksək və təzə,
Sən öz qələminlə bir dastan bəzə.

Şah məktubunda əsərin mütləq ərəb və fars dilində yazılmasını belə vurğulayır:
Bu təzə gəlinə çəkəndə zəhmət,
Fars, ərəb diliylə vur ona zinət.
 

Məktubun sonunda şah Nizaminin doğma dili olan türk dilini alçaldır, təhqir edir, ərəb və fars dilini yüksəklərə qaldırır:

Kamal cövhərinin xəzinəsindən,

Gör kimin sapına inci düzürsən. 

Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə.
Yüksək olmalıdır bizim dilimiz,
Yüksək yaranmışdır bizim nəslimiz.

Böyük ədib şahın məktubunun bu sətirlərini oxuyarkən şahın həyasızlığından beyninə sanki qan vurduğunu belə təsvir edir:

Qulluq halqasına düşdü qulağım,
Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçam.
Nə də gözüm vardı, xəzinə açam.
Bununla belə, şairin səmimiliyindəndir ki, o, bu əmrin qarşısında aciz olduğunu da etiraf edir: 

Ömrüm viran oldu, solub-saraldım,
Bu əmrin önündə cavabsız qaldım.

Şahın məktubunu oxuyandan sonra oğlu Məhəmməd Nizami görür atası qəm dünyasına qərq oldu. Səbəbini biləndən sonra o atası ilə danışır və ata bir az sakitləşir. Məhəmmədin sözləri ataya təsəlli olur:

Qəlbimdə can kimi əzizim olan,
Məhəmməd Nizami oğlum bu zaman,
Dedi: "Ey göylərə meydan oxuyan,
"Xosrovi-Şirini" yazıb yaratdın,
Hər duyan könüldə bir zövq oyatdın.
Leyli-Məcnundan da yarat bir əsər,
Cüt olsun yazdığın qiymətli gövhər.
 

O zaman gənc Məhəmməd dövrün, zamanın tələbini başa düşür, Şirvanşahların gücünü də haqsızlığını da yaxşı dərk edirdi. O, atasının qəm dəryasına qərq olduğunu görəndə onu fikirdən belə ayırdı: 

Bir də ki, Şirvanşah, o baş hökmüdar,
Şirvana, İrana olmuş şəhriyar.
O rütbə verəndir, nemət verəndir,
Şerə, sənətə də qiymət verəndir.
O səndən bir əsər edir iltimas,
Sən də hünər göstər o əsəri yaz".

Çox çətinliklə əsəri yazmağa razılaşan Nizami oğluna deyir: 

Dedim: "Aynaüzlüm, sözündə möhkəm,
Sözün yerindədir, haqlısan bu dəm.
Lakin iki səmtə əsir bu ruzgar,
Fikir çox genişdir, könül mülkü dar.
Əfsanə dəhlizi dar olsa əgər,
Sənətin sözü də yolda ləngiyər.
Gərək söz meydanı gen olsun müdam,
Atını dörd nala səyirtsin ilham.

Ata oğluna başa salmaq istəyr ki, şairə təzyiq olmamalıdır. Onda gözəl əsər yaranmaz. İlham, təb özü gəlməlidir.
Kədərlə, zəncirlə bağlansa dastan,
Sözlər çılpaq olar, can sıxar, inan.
Onu həddən artıq bəzəsən əgər,
Dastanın üzünə ləkələr düşər.

ilhamsız yazılan əsəri şair belə təsəvvür edir:
Qumsala, daşlığa ilham gedərmi?
Getsə də, torpağa təsir edərmi?

Məhəmməd atasını dinləyir, onun sakitləşdiyini görəndə atasından gözəl bir sevgi əsəri yaratmağı xahiş edir:

- Dedi, Ey kəlamı ekizim ata!

Əsəri qardaşım, əzizim, ata!

Yarat, bu dastanı, rəngli, boyalı,

Qoyma ki, süstləşə, nəzmin xəyalı.

Hardaki eşq əli bir süfrə açar, 

Bu gözəl hekayə ona duz saçar.

Nizami Gəncəvi oğlunun sözlərindən qanadlanır, ilham alır, qəzəbi soyuyur, "Leyli və Məcnun" kimi bir ədəbi xəzinəni yaratmaq qərarına gəlir: 

Yenə də öz oğlum dinlədi məni, 

O açdı üzümə bu xəzinəni. 

Danışıb qurtardı o ciyərparam,
Onun xatirinə söz aldı ilham.

Oğlunun sözlərindən təsirlənən şair, qələmi əlinə alıb yazmağa başlayır. Beləliklə də, dünya xəzinə incilərindən olan "Leyli və Məcnun" yaranır.

Dahi ədibimizin hansı dili daha çox sevdiyini araşdırmağa heç bir lüzum yoxdur. "leyli və Məcnun" əsərində "Kitabı yazmağa başlamasının səbəbi"ni oxuyarkən bizə hər şey su kimi aydın olur. Aydın olur ki, Sevimli şairimiz Nizami Gəncəvi öz doğma dili olan türk dilini sevib, türk dilində yazıb. O dövrün tələblərinə uyğun olaraq isə ərəb və fars dillərində yazmaq məcburiyyətində qalıb. 

Neçə yüz illər bundan öncə yaşayıb-yaratdığına baxmayaraq, hansı dildə yazmağından asılı olmayaraq, Nizami Gəncəvi bu gün də sevimli DÜNYA ŞAİRİDİR.

Gülzar İbrahimova

Azərbaycan Yazıçılar Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, yazıçı-publisist

1 may 2024







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:01
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlayır? - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031