Dayanacaqda içərisində 4 min manatlıq noutbuk olan çanta oğurlandı
Bakıda dayanacaqda içərisində 4 min manatlıq noutbuk olan çanta oğurlanıb. Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu ərazisində yerləşən dayanacaqda bir nəfər şəxsin içərisində 4000 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Adəm Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD