Mirzoyan Naxçıvana gedən dəhlizlə bağlı "Əl- Cəzirəyə" yanlış danışdı....
Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan "Əl - Cəzirə" telekanalına müsahibəsində bir sıra təhrif olunmuş fikirlər səsləndirib. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə paylaşım edib. A.Quliyev yazır: "Ararat Mirzoyan lap "ağ elədi"- "Əl- cəzirə" televiziyasına deyib ki, Azərbaycan baza sülh prinsiplərinin razılaşdırılmasında 1991- ci il Almatı bəyannaməsinin tətbiqinə qarşıdır. Mirzoyanın fikirlərində çaşdırıcı və ynlış mahiyyət nədən ibarətdir?
Azərbaycan prinsipcə 1991- ci il Almatı sənədinə qarşı deyil və 2022- ci ilin 6 oktyabrında Praqada atılmış imzaya sadiqdir.Məsələ burasındadır ki, Ermənistan rəhbərliyi, o cümlədən Mirzoyanın özü 91- ci il Almatı sənədinin tətbiqi ilə bağlı yanlış mövqe tuturlar .Onların fikrincə , həmin sənəd Zəngəzur dəhlizində , eləcə də digər kommunikasiyaların süverenlik, milli yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipləri ilə açılmasını ehtiva edir.Bu isə o anlama gəlir ki, Zəngəzur dəhlizi üzrə hərəkətlərə nəzarət hüququ müstəsna qaydada Ermənistana verilməlidir.
Belədə bəs 10 noyabr 2020- ci il sənədi ilə dəhlizdə təhlükəsizliyə nəzarətin Rusiyaya verilməsi ilə bağlı Ermənistanın özünün də imza qoyduğu öhdəlik harada qaldı??!! Dəhlizdə Naxçıvana doğru istiqamətlənmiş hərəkətin təhlükəsizliyinə Ermənistanın cavabdehliyinə Azərbaycanın necə güvənə biləcək??!! Əgər dəhlizdə hərəkət edən insanlar və yüklərin saxlanaraq yoxlanması hüququ Ermənistana veriləcəksə , Azərbaycan buna necə etimad edə bilər? Kömrük və sərhəd yoxlaması Ermənistanın səlahiyyətlərinə aid olacaqsa, Azərbaycan hansı məntiqlə Ermənistana kömrük rüsumları ödəməlidir?! Qalib Azərbaycan öz ayrılmaz parçası olan Naxçıvana rüsum ödəməklə gediş- gəlişə niyə razı olmalıdır?!
Halbuki bu vəziyyətdə ən düzgün təfsirlə Azərbaycan prezidenti çıxış edir. İlham Əliyevin təklifi odur ki, Naxçıvana gedən yük və insanlar hər cür yoxlama və rüsumlardan azad edilmək şərtilə yoxlama və rüsumlar yalnız 3- cü ölkələrə şamil edilsin. Azərbaycan heç də Mirzoyanın dediyi kimi, Almatı sənədinin tətbiqinə qarşı deyil, Almatı sənədinin tətbiqi ilə bağlı Ermənistanın yanlış platformasına qarşıdır..
Mirzoyan " Əl- cəzirə " tv- yə yalan danışdı...
Mətləb