KÖHNƏ VERSİYA            

Zatulin Dumadakı bəzi deputatlara görə ermənilərə xatir utandı...

Image

Akif Nağı: “Zatulin ermənilərin pul kisəsindən asılıdır”

Rusiya Federasiyası Dövlət Dumasında komitə sədrinin müavini Konstantin Zatulin ənənəvi olaraq erməniləri müdafiə edib. 

“Soyqırım: yaddaş və qarşısının alınması” adlı beynəlxalq konfransda çıxış edən Zatulin Qarabağdan könüllü köçən ermənilərdən danışıb və sərsəmləyib ki, guya ermənilərin Qarabağdan “köçürülməsi” “baş vermiş erməni soyqırımının bir elementidir”. “Erməni əhalisinin “Arsaxdan köçməsi gözümüzün qabağında baş vermiş erməni soyqırımının bir elementidir ki, bu bizim dərin təəssüf və utancımızdır. Dövlət Dumasında bütün bunları tərifləməyə çalışan və bunun tarixi ədalət aktı, ərazi bütövlüyünün bərpası və sair olduğunu söyləməkdən zövq alan həmkarlarımdan utanıram”, - deyə Zatulin bildirib. 

Zatulinin çıxışında Azərbaycanla bağlı qərəzli və qeyri-obyektiv fikirlər yer alıb. Bu isə onun nəticəsidir ki, erməni lobbisinin əsir-yesirinə çevrilən Zatulin hər zaman erməni pulunun havasına danışır.  

“Bu cür əsası olmayan fikirlərlə Rusiyadakı  obyektiv insanları da özünə qarşı çevirir, onlar buna cavab verir, verəcəklər də” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “Zatulin ermənilərin pul kisəsindən asılıdır. Cavan vaxtı ona bir ermənini ərə veriblər, o onu nəzarətdə saxlayır. Eyni zamanda daim ermənilərdən müəyyən vəsaitlər alıb, ona görə də ermənilər söysələr də, ondan üz döndərsələr də xeyri yoxdur, o, ermənilərə xidmətini davam etdirəcək. Bilirsiz ki, arada Paşinyan hökuməti ilə münasibətləri korlanmışdı, ermənilərin əleyhinə danışırdı. Amma yenə də “doğma mühitə” qayıdıb, bu “mühit” ona doğmadır, çünki o yalanların içərisində indiyə qədər guya siyasətçi kimi yetişib. Ona görə də o, erməni yalanlarından kənara çıxa bilməz, xidmətini də ölənəcən davam etdirəcək. Zatulinin dedikləri hədyandır. Biz onu müsbət dəyərləndiririk ki, Rusiya mühitində, Dövlət Dumasında, mətbuatda, eyni zamanda ictimai-siyasi dairələrdə Azərbaycan həqiqətləri getdikcə daha gur səslənir və Azərbaycanın mövqeyini vicdanla müdafiə edən ekspertlər, deputatlar, ictimai xadimlər var. Yəni bu çox yaxşı haldır, getdikcə onların sayı artır. Çünki onlar haqqın, ədalətin yanındadırlar, haqlı mövqedən çıxış edirlər, sözlərini deyirlər, heç kəs də onların qarşısına çıxb heç nə deyə bilmir. Biz o prosesləri izləyirik, istənilən auditoriyada, televiziyalarda istər Solovyolun dəstəsi, istərsə də başqaları olsun, Azərbaycan mövqeyindən çıxış edənlər var. Şevçenkonu, Korotçenkonu, Markovu heç bir debatda kimsə mövcqeyindən geri çəkindirə bilmir. Dedikləri də həqiqət olduğu üçün bir də görüsdən ki, azacıq vicdanı olanlar susub geri çəkilirlər. Amma Zatulin kimilərinin vicdanı yoxdur, bunlar vicdanlarını çoxdan satıblar. Yəni erməniyə xidmət edənlər satıb onlar tərəfə keçiblər. Bu bir ənənədir. Onlar bilirlər ki, ermənilər haqsız mövqedədir, yalan danışırlar, vicdanlarını satıb, vicdanlarını susdurub ermənilərin xidmətinə keçirlər ki, onların hesabına qazansınlar, yaşasınlar”-deyə bildirdi. 

A.Nağı qeyd etdi ki, Zatulin aldığı pulların xatirinə canfəşanlıq edir. “Bu iddiaların yalan olduğunu bütün dünya bilir. Hətta bizə qənim kəsilən Qərbin özündə də obyektiv düşünən insanlar, siyasi xadimlər var ki, Azərbaycanın mövqeyini müdafiə edirlər. Guya gözünün qarşısında hadisə baş verib. Ermənilərə hansı təzyiq oldu? Onlara təzyiq olmadığını görmürsənsə, demək görmək istəmirsən. Hansı soyqırım elementi olub? Utanmadan bu sözü işlədib. Bu həm də onun savadsızlığını göstərir ki, bu adam soyqırım anlayışının nə olduğunu bilmir. Küçədəki erməni avantüristi yalandan “soyqırım oldu” deyə bilər. Amma bu, parlamenetin deputatıdır, Rusiya kimi böyük bir dövləti təmsil edir, uzun müddət Dumada komitəyə rəhbərlik edib, yenə də rəhbər vəzifədədir, onun o qədər səviyyəsi yoxdur ki, real genosidlə yalançı genosidi fərqləndirə bilmir? Soyqırım nədir onu bilmir. “Soyqırım” sözünü deyirsə, bunun ağır məsiliyyəti var. Burada sən hansı “soyqırım”dan danışa bilərsən? Ermənilər ərazini tərk ediblər, özünə az-çox hörmət edən düşmənlərimiz “etnik təmizləmə” deyirlər, bir az yumşaq ifadə seçirlər. Halbuki, Qarabağda “etnik təmizləmə” baş verməyib, bu olmayıb. “Soyqırım” sözünü işlədən bu adam məsuliyyətsiz və savadsız adamdır. Bütün dünyanın qarşısında Azərbaycan onlara dəfələrlə müraciət etdi ki, buyurun, yaşamaq istəyirsinizsə yaşayın, amma Azərbaycanın qanunlarını qəbul etməlisiniz, bayrağının altından keçməlisiniz, bizim qoyduğumuz prinsiplərlə, Azərbaycan vətəndaşları kimi yaşamalısınız. Yəni onlar Azərbaycan vətəndaşları kimi yaşamaq istəmədilər, ona görə çıxıb getdilər. Bunun başqa adı yoxdur. Mahiyyət bundan ibarətdir. Birincisi, Azərbaycan vətəndaşlığını qəbul etmədilər, ikincisi də, onlar Azərbaycan xalqına qarşı o qədər cinayətlər törədiblər ki, o cinayətlərə görə cavab verməli olduqlarını bilirdilər. Bu səbəbdən çıxıb getdilər. Indi görürsüz, tikinti-bərpa işləri gedir, hər yerdə yenidənqurma aparılır, Xocalıda, Xocalının kəndlərində, Şuşada, hər yerdə kütləvi məzarlıqlar ortaya çıxır. Bunun hamısının şahidləri var. Bu vicdansızlığı, bu qeyri-insani hərəkətləri, bu cinayətləri Azərbaycan xalqına qarşı kim törədibsə, onlar cavab verməlidirlər. Ermənilər özləri artıq bunu etiraf etməlidirlər ki, nə üçün getdilər. Bu baxımdan hesab edirik ki, Zartulin kimilərinin çıxışları əhəmiyyətsizdir, artıq ona, onun kimilərinə Rusiyanın özündə də cavab verənlər var. Zatulin bu cür əsası olmayan fikirlərlə Rusiyadakı  obyektiv insanları da özünə qarşı çevirir, onlar buna cavab verir, verəcəklər də. Eyni zamanda Azərbaycan tərəfdən də rəsmi şəkildə, vətəndaş cəmiyyəti də onun bu sarsaqlamalarına cavab verməlidir, diaspor təşkiltlarımız reksiya verməlidir. Boş və mənasız danışsa da, onun başını boş buraxmaq lazım deyil. Çünki bu yalanları insanların beyninə yeridir və fəsadlar törənir. Ona görə də bu fəsadların törənməməsi, Azərbaycana qarşı mənfi fikirlərin formalaşmaması üçün zamanında davamı şəkildə bu cür adamların cavabı verilməlidir” - deyə A.Nağı bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031