Fələstin tərəfdarı tələbə etirazları ABŞ-ı bürüdü - ordu hərəkətə keçdi, universitetlərin ətrafına snayperlər yerləşdirildi
Nyu-York əyalətindəki Kolumbiya Universitetində bu yaxınlarda başlayan Fələstin tərəfdarının etirazları yayılmaqda davam edir.
Bu dəfə ölkənin digər nüfuzlu universitetlərində də səslər ucalmağa başlayıb. ABŞ polislərhərəkətə keçərək bəzi universitet binalarına daxil olaraq tələbələrə bibər qazı ilə müdaxilə etməyə başlayıb. Oxşar hadisələr İndiana Universitetində də baş verib.
Qeyd edilir ki, Fələstin tərəfdarı tələbə etirazlarının keçirildiyi universitetlərin ətrafında əsgərlər də gətirilib. Məlumatlara görə, müdaxilələrdən sonra vəziyyət daha da gərginləşib, ardından ətrafdakı binalara snayperlər yerləşdirilib.
Etirazlarda tələbələrin tələbi Amerika rəhbərliyinin İsraili silahlandırmasını dayandırmasıdır. Universitetin müəllimləri də etirazlara dəstək verməyə başlayıblar.
Corciya əyalətində Atlantada keçirilən etiraz aksiyasına qatılan Emori Universitetinin Fəlsəfə Departamentinin rəhbəri Noelle Makafi və İqtisadiyyat professoru Karoline Fohlin polis qrupları tərəfindən saxlanıblar.
TAHİR