KÖHNƏ VERSİYA            

Prezident İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində... - FOTO/YENİLƏNDİ

Image

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Möhtərəm Sadır Nurqojoyeviç.

Hörmətli qonaqlar, əziz dostlar.

Bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.

Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur.

Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirdilər. Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır.

Mən Qırğızıstanda dövlət səfərində olarkən onun məzarını ziyarət etdim və Azərbaycan xalqının onun xatirəsinə olan dərin ehtiramını bildirdim.

Əlamətdar haldır ki, abidə Qırğızıstan Prezidentinin dövlət səfəri çərçivəsində açılır. Bu gün biz bir çox məsələlər, o cümlədən humanitar əməkdaşlıq məsələləri ilə bağlı çox səmərəli və mühüm danışıqlar apardıq. Bildiyiniz kimi, bu günlərdə Bakıda Qırğızıstan Mədəniyyəti Günləri keçirilir və rəmzi haldır ki, məhz belə təntənəli tədbirlər və dövlət səfəri çərçivəsində Bakı şəhərinin mərkəzi küçələrindən biri olan Azadlıq prospektində biz bu gün bu tədbirdə iştirak edirik.

Mən Azərbaycan və Qırğızıstan xalqlarını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istərdim. Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək. Həm də demək istərdim, əminəm ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir və əlbəttə, hamımızın təəssüfləndiyimiz yeganə məqam onun dünyasını çox tez dəyişməsidir. Bu, çox gözlənilməz oldu, artıq qeyd etdiyim kimi, mən onunla Bakıda onun vəfatından bir qədər əvvəl, demək olar ki, bir neçə ay əvvəl görüşmüşəm və o, həmişə olduğu kimi, enerji ilə dolu idi və yaxşı görünürdü, öz planlarından danışırdı. 2008-ci il idi, amma mən bu görüşü dünən kimi xatırlayıram.

Hamımızı bir daha təbrik edirəm, bir daha bu xoş sözləri deyirəm, xoş gəlmisiniz, hörmətli cənab Prezident. Əminəm ki, Qırğızıstan ilə Azərbaycanın, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq. Sağ olun.

x x x

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar. Bu gün biz gözəl Bakı şəhərində böyük bir hadisəni – öz istedadı və insan ruhunu dərindən dərk etmək məharəti ilə dünyamıza işıq salan görkəmli qırğız yazıçısının və bütün türk xalqının oğlunun abidəsinin açılışını qeyd etmək üçün toplaşmışıq.

Qırğızıstan adından Azərbaycan Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevə ölkəmizə və Çingiz Aytmatova olan ehtiramına görə təşəkkürümü bildirirəm. Bu abidə Çingiz Aytmatovun yaradıcılıq irsinə böyük hörmət və ehtiramın ifadəsidir.

Möhtərəm İlham Heydər oğlu, əziz dostlar, sevindirici haldır ki, Azərbaycan tərəfi ölkələrimiz arasındakı mədəni əlaqələrə böyük diqqət yetirir. Bu, xalqların yaxınlaşması baxımından son dərəcə vacibdir. Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi münasibətlərimizdə əlamətdar hadisədir. Biz bilirik ki, Çingiz Aytmatov Azərbaycanın böyük dostu idi və onun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə dostluğunu xüsusilə vurğulamaq istərdim. Onların münasibətləri unikal və dayanıqlı idi. Hər iki şəxsiyyət tarixdə silinməz izlər qoyub. Heydər Əliyev onu yazıçı və ziyalı şəxs kimi yüksək qiymətləndirirdi. O deyirdi ki, dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının qürurudur.

Möhtərəm İlham Heydər oğlu, Çingiz Aytmatovun yubileyinin qardaş Azərbaycanda yüksək səviyyədə keçirilməsinə Sizin şəxsi töhfənizi də yüksək qiymətləndiririk. Fərmanınıza əsasən, Çingiz Aytmatov ilk dəfə 2008-ci il fevralın 25-də yüksək “Dostluq” ordeni ilə təltif edilib. Çingiz Torekuloviç, sadəcə, yazıçı deyildi, əsərləri ruhun dərinliklərinə nüfuz edən, bizi həyatın, sevginin, insan taleyinin mənası barədə düşünməyə vadar edən əsl söz dahisi idi. Onun “Cəmilə”, “Ağ gəmi” kimi əsərləri təkcə öz gözəlliyi və müdrikliyi ilə diqqəti cəlb etmir, həm də bizi onun böyük yaradıcılıq istedadına heyran qoyur. Bu abidənin Bakıda ucaldılması Qırğızıstanın və Azərbaycanın qardaş xalqları arasında dərin bağlılığın rəmzidir. Bu, Çingiz Aytmatovun yaradıcılığının hamımızı gözəllik, müdriklik və ahəngdarlıq uğrundakı vahid məqsəd ətrafında birləşdirdiyinin bariz sübutudur. Gənc nəslin ölkələrimizin qarşılıqlı münasibətlərinin tarixini, tarixi şəxsiyyətlərini, Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıq səviyyəsini əzəldən müəyyən etmiş liderlərin rolunu bilməsi və dərk etməsi çox vacibdir.

İkitərəfli münasibətlər nöqteyi-nəzərindən qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin Qırğızıstana ilk səfəri 1995-ci ildə Heydər Əliyev tərəfindən, “Manas” dastanının 1000 illik yubileyinin qeyd edilməsi məqsədilə həyata keçirilib. Həmin vaxt o, bu kəlamları demişdi: “Biz bir-birimizi ürəyimizlə hiss edirik və başa düşürük”. Bu qısa, lakin çox təsirli və səmimi ifadə ilə o, Qırğızıstan və Azərbaycanın həqiqətən qardaş xalqlar olduğunu nəzərdə tuturdu. Bu gün açılışına toplaşdığımız abidə hər kəsin böyük yazıçı ilə təmasda ola biləcəyi, xatirəsini ehtiramla yad edəcəyi və yaradıcılığından ruhlana biləcəyi bir yerə çevriləcək. Qoy, bu abidə hər kəsə insan ruhunun əzəmətini və sözün gücünü xatırlatsın.

İcazə verin, bu abidənin yaradılmasına öz enerjisini, istedadını və vaxtını sərf etmiş hər kəsə dərin minnətdarlığımı bildirim. Qoy, bu abidə Çingiz Aytmatovun öz yaradıcılığında çox gözəl əks etdirdiyi dəyərlər ətrafındakı birliyimizin və əbədi bağlılığımızın rəmzi olsun.

Bir daha Azərbaycan tərəfinə səmimi-qəlbdən təşəkkürümü bildirmək və qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq arzulamaq istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Dövlət başçıları Çingiz Aytmatovun abidəsi üzərindən ağ örtüyü götürdülər.

Qeyd edək ki, dünyaşöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.

Ötən il avqustun 8-də təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Birinci yerə Xalq rəssamı Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görülüb.

Çingiz Aytmatovun bürüncdən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlinin çəkisi təqribən 6 tondur. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.

x x x

Sonra dövlət başçıları Azərbaycan və Qırğızıstanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb söhbət etdilər.

Sonda xatirə şəkli çəkdirildi.








VİDEO

Alman deputat Şvabe istədiyi qərarı verdirə bilirsə, onda bu qurumun bir adı var - oyuncaq AŞPA... - VİDEO

Paşinyanın Tavuş camaatı ilə görüşündən inanılmaz xəbərlər yayılıb... - VİDEO

İlham Əliyevdən Paris, Afina və Dehliyə sərt xəbərdarlıq - “sizi gözləməyəcəyik”... - VİDEO

Beynəlxalq münasibətlərdə ilk fakt - "müharibə yolu ilə sülh”…

Dini Etiqad Azadlığı Komissiyası Azərbaycana qarşı qəribə çağırış etdi - kimsə qəbul etməz...

“Avropa ölkəsi deyilsənsə, sənin daxilində buynuz çıxıb” - Əliyev Avropanı ifşa etdi...

SON XƏBƏRLƏR

05.05.2024 | 23:10
ABŞ-dan ŞOK ADDIM: İsrailə sursat tədarükü dayandırıldı

05.05.2024 | 23:06
"Liverpul"dan darmadağın!

05.05.2024 | 15:36
ABŞ-dan Səudiyyəyə İsrail şərti - normallaşma olmasa müdafiə paktı da olmayacaq

05.05.2024 | 14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO

05.05.2024 | 13:49
Rusiya hücumu genişləndirməyə hazırlaşır - Zelenski müttəfiqlərinə xəbərdarlıq etdi

05.05.2024 | 12:55
İtaliyalı nazir Makronu Ukraynada münaqişəni ağırlaşdırmaqda ittiham etdi

05.05.2024 | 12:16
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO

05.05.2024 | 11:30
Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlandı

05.05.2024 | 10:26
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” start götürdü

04.05.2024 | 22:00
Rusiya Ukraynanı küncə sıxışdırdı, etiraflar ard-arda gəldi - Rusiyanı məğlub edə bilməyəcəyik, Putinlə görüşməliyik...

04.05.2024 | 21:55
ABŞ-ın Rusiya və Çin gəmilərinə qarşı gizli silahı ortaya çıxdı – “Manta Ray” sınaqdan keçirildi...

04.05.2024 | 20:54
Qrant qaçaqmalçılığında mənimsənilən milyonlar – Anar Məmmədli və İmran Əliyev işində yeni detallar – Şok rəqəmlər

04.05.2024 | 18:10
Baş Prokurorluq delimitasiyaya görə Paşinyana cinayət işi açır - oyun, ya real proses...

04.05.2024 | 17:32
“Azərbaycanla Türkiyə bizi məhv etmək istəyirsə, çıxış yolu budur” - Paşinyan çarə tapdı...

04.05.2024 | 17:05
44 iri Azərbaycan məmurunun siyahısını erməni lobbisi tutub - təsdiqləndi...

04.05.2024 | 16:44
ABŞ-dan Ermənistana pul yağışı - 200 milyon+20 milyon+10 milyon... 66 konqresmen “sinə vurur”...

04.05.2024 | 16:30
Abşeronda məşhur markaların adı ilə saxta yuyucu vasitələr istehsal edən gizli sex aşkar edildi - 6 nəfər həbs edildi

04.05.2024 | 15:35
Xankəndi Şəhər Prokurorluğu yaradılır - Prezident Sərəncam imzaladı

04.05.2024 | 15:31
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub

04.05.2024 | 15:26
"AİB artıq Azərbaycana COP29 üzrə texniki yardım göstərməyə başlayıb" - Baş direktor

04.05.2024 | 14:06
Prezident İlham Əliyev Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

04.05.2024 | 13:50
24 yaşlı şəxs Bakı sakinini hədələyib maşınını oğurladılar

04.05.2024 | 12:47
Səyyahlar Cəbrayılda minatəmizləməni izlədilər - FOTO

04.05.2024 | 12:23
Ermənistan Azərbaycan Ordusu ilə bağlı yayılmış dezinformasiyanı təkzib etdi

04.05.2024 | 12:00
"Rusiya ordusu döyüş keyfiyyətlərini yaxşılaşdırmaqda davam edir" - ABŞ İnstitutu

04.05.2024 | 11:30
Bu axşam “Qarabağ” - “Neftçi” dueli olacaq

04.05.2024 | 11:05
Rusiya Almaniya və Çexiyaya kiberhücum edib? - NATO-dan açıqlama

04.05.2024 | 11:00
Türkiyədə daha bir partiya rəhbəri istefa verəcək - özü açıqladı

04.05.2024 | 10:30
"1945-ci ildən sonrakı dünya nizamı çökür" - Jozep Borrell təşvişə düşüb...

04.05.2024 | 10:15
Estoniya parlamentində cinsi təcavüz qalmaqalı

04.05.2024 | 10:04
"Onun xarakteri məni heyran edib" - Corco Kyellini Ronaldo barədə danışdı

04.05.2024 | 10:00
Beynəlxalq səyyahlar Xudafərin körpüsünü ziyarət ediblər

04.05.2024 | 09:30
Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxdı

04.05.2024 | 09:28
Karqo şirkətləri "göbələk” kimi çoxalır, narazılıq da artır...

04.05.2024 | 09:26
"Ermənistan KTMT öhdəliklərini yerinə yetirməlidir"- Rusiya XİN

04.05.2024 | 09:22
Qaxda mağaza sahibinin pulunu oğurlayan keçmiş məhkum yaxalanıb

04.05.2024 | 09:19
"Macarların üçüncü dünya müharibəsini istəmir" - Peter Siyartodan Makrona SƏRT CAVAB!

04.05.2024 | 08:45
Fermerlərimizin sığorta şirkətləri ilə işi "xod" gedir... Ödənişlər azı 2 dəfə artıb, lakin...

03.05.2024 | 23:20
"Kipr adasında davam edən çıxılmaz vəziyyətə görə məsuliyyət Avropa İttifaqının üzərindədir"

03.05.2024 | 23:06
“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər

03.05.2024 | 22:54
Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında

03.05.2024 | 21:04
Beynəlxalq münasibətlərdə ilk fakt - "müharibə yolu ilə sülh”…

03.05.2024 | 20:48
Avropa ölkələri özləri QHT-lərə xarici yardımları qadağan edir, Gürcüstanı isə "daşa basırlar"...

03.05.2024 | 20:33
Dini Etiqad Azadlığı Komissiyası Azərbaycana qarşı qəribə çağırış etdi - kimsə qəbul etməz...

03.05.2024 | 20:19
Makron Ukraynada gülüş obyektinə çevrildi...

03.05.2024 | 20:05
Gürcüstan hakimiyyətində Qərbçilərlə ruspərəstlərin açıq savaşı başladı - ABŞ-ın dəvəti yerə salındı...

03.05.2024 | 19:50
YUNESKO Fransadan çıxır...

03.05.2024 | 19:37
“Avropa ölkəsi deyilsənsə, sənin daxilində buynuz çıxıb” - Əliyev Avropanı ifşa etdi...

03.05.2024 | 19:23
Qərb Gürcüstanı tam itirə bilər - daxili işlərə müdaxilə artır...

03.05.2024 | 19:09
BMT-nin Baş katibi Azərbaycana dəstək üzrə İşçi qrup yaratdı, özü də Bakıya gəlir...

03.05.2024 | 18:53
Ermənistanın müharibə cinayətləri dünyada ifşa olunur....

03.05.2024 | 18:46
Şəkillərdə, xəyallarda və ürəklərdə yaşayan şəhid Alim

03.05.2024 | 18:40
Azərbaycan, Qazaxıstan və Özbəkistan dünyanı cəlb edən yeni layihəyə başladı...

03.05.2024 | 18:26
Ərdoğanla ana müxalifətin qapalı görüşü - Qərbə qarşı birgə hərəkət müzakirə olundu...

03.05.2024 | 18:12
“Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı panel sessiya keçirildi

03.05.2024 | 17:59
COP29-a görə kimlər vergidən azad edildi?..

03.05.2024 | 17:48
Prezident söz verdi - Qafqazda müharibənin qarşısını necə alacağıq...

03.05.2024 | 17:42
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Ağdamda xüsusi sessiyası keçirilib - FOTO

03.05.2024 | 17:37
Ermənistan Baş Prokurorluğu Paşinyana qarşı qiyam qaldırdı - baş nazirə cinayət işi açılır

03.05.2024 | 17:35
Azərbaycan növbəti fövqəladə seçkiyə gedir - noyabrı gözləməyəcəyik...

03.05.2024 | 17:33
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

03.05.2024 | 17:26
“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTO

03.05.2024 | 17:22
Seneqal dövlətindən Fransaya öldürücü zərbə - yeni hadisələr olacaq...

03.05.2024 | 17:09
Türk Dövlətləri Təşkilatı ox kimi iranlı professorun gözünə batdı - "müsəlman sionizmi?"…

03.05.2024 | 17:04
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

03.05.2024 | 16:57
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib - FOTO/YENİLƏNDİ

03.05.2024 | 16:44
Şahin Mustafayev və Overçuk Moskvada görüşdü

03.05.2024 | 16:40
Azərbaycan XİN Britaniya səfirinə cavab verdi

03.05.2024 | 16:26
Hərbi qulluqçularımız “Anatolian Phoenix - 2024” beynəlxalq təlimində iştirak edəcək

03.05.2024 | 16:10
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi

03.05.2024 | 15:52
BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

03.05.2024 | 15:45
Qalmaqallı qanun ABŞ-la Gürcüstan arasında gərginlik yaratdı - "Dəstəklədiyiniz o vaxtkı inqilab cəhdləri uğurlu olsaydı..."

03.05.2024 | 15:18
Orban da Makronu "vurdu" - odla oynayırlar...

03.05.2024 | 15:07
YAP Xətai rayon təşkilatının 8 Noyabr prospekti 159 ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr və müavin seçilib

03.05.2024 | 15:05
“Qaçqınkom” Laçında evlə bağlı püşkatmada yaranmış anlaşılmazlığa aydınlıq gətirdi

03.05.2024 | 14:36
Məktəblərə azsaylı xalqların dili ilə bağlı dərsliklər göndərildi

03.05.2024 | 14:05
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi xəbərlərinə aydınlıq gətirdi...

03.05.2024 | 13:52
"Bəzi media qurumları narkotiklə bağlı “az oxunan” hesab etdikləri mövzuları işıqlandırmaq istəmirlər" - Elşad Hacıyev

03.05.2024 | 13:44
Gəncədə əməliyyat keçirildi - 364 min manatlıq mənimsəmə üzə çıxdı, 2 nəfər saxlandı

03.05.2024 | 13:28
"Cığır" həm də dastan misallı bir əsərdir - İbrahim İlyaslı

XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031