Orban da Makronu "vurdu" - odla oynayırlar...
Avropa liderləri Ukraynada yeni dünya müharibəsinə səbəb ola biləcək münaqişəyə müdaxilə etməklə odla oynayırlar. Macarıstanın Baş naziri Viktor Orban bu fikri Kossuth radiostansiyasında çıxışı zamanı səsləndirib.
“Mən Avropa liderlərinin müharibəyə doğru getdiyini demirəm, lakin onlar bu istiqamətdə hər gün yeni addımlar atırlar”, - deyə Viktor Orban bildirib.
“Biz nə birinci, nə də ikinci dünya müharibəsində iştirak etmək istəməmişik, lakin ölkəmizin üçüncü dünya müharibəsinə cəlb olunmasına imkan verməyəcəyik”, - deyə baş nazir əlavə edib.
Qeyd edək ki, Fransa prezidenti Makron Qərb ölkələrinin Ukraynaya qoşun göndərilməsi məsələsini yenidən gündəmə gətirib. Orban isə Avropa liderlərinin Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı fikirlərini çox təhlükəli hesab etdiyini və Avropanın gələcəyindən narahat olduğunu vurğulayıb.
Macarıstanın Baş naziri Ukraynadakı müharibənin və Rusiyaya qarşı sanksiyaların Avropa iqtisadiyyatına son dərəcə mənfi təsir göstərdiyini də qeyd edib.
TAHİR