Bazar günü, 13 iyul 2025
     

Makron Ukraynada gülüş obyektinə çevrildi...

Image

Fransa prezidenti Emmanuel Makronun boş vədlər verməkdən, yerinə yetirilməsi mümkün olmayan fikirlər səsləndirməkdən başqa heç nə edə bilmədiyini bu gün Ukraynada da açıq mətnlə vurğulayırlar. Bu fonda Makronun Britaniyanın "The Economist" jurnalına müsahibəsində səsləndirdiyi fikirlər Ukrayna daxil olmaqla bütün dünyada istehza ilə qarşılanır. 

Müsahibəsində Makron yenidən NATO ölkələri hərbçilərinin Ukraynaya göndərilə biləcəyini istisna etmədiyini deyib. O vurğulayıb ki, Avropa İttifaqı  ölkələri nüvə silahına malik olan və Ukraynada müharibəyə başlayan bir ölkə ilə eyni qitədə yaşamalarına baxmayaraq, müdafiəyə hələ də ABŞ və ya Çindən əhəmiyyətli dərəcədə az vəsait xərcləyirlər. Fransa prezidentinin sözlərinə görə, elə bir situasiya yarana bilər ki, ABŞ indi olduğu qədər Aİ ölkələrini himayə etmək iqtidarında olmaz və o zaman onlar yalnız öz qüvvələri hesabına müdafiə olunmalı olarlar. Makron bundan əvvəl olduğu kimi yenə də Ukraynaya Qərb hərbçilərinin göndəriləcəyini istisna etmədiyini deyib: "Mən heç nəyi istisna etmirəm, çünki biz hazırda heç nəyi istisna etməyənlə qarşı-qarşıyayıq. Mənim aydın strateji məqsədim var: Rusiya Ukraynada qalib gələ bilməz. Əgər Rusiya Ukraynada qalib gəlsə, Avropada daha təhlükəsizliyimiz olmayacaq. Kim deyə bilər ki, Rusiya orada dayanacaq? Digər qonşu dövlətlər - Moldova, Rumıniya, Polşa, Litva və bir çox başqa dövlətlər hansı təhlükəsizliyə malik olacaqlar?" Makron deyib ki, Rusiya bu müharibədə Ukrayna üzərində qələbə qazanmamalıdır və Kiyevin müttəfiqləri də qarşılarına yalnız bu məqsədi qoymalıdırlar. Fransa prezidentinin sözlərinə görə, hazırda Ukraynaya qoşun göndərilməsi məsələsi gündəlikdə deyil, amma əgər ruslar cəbhə xəttini yarsalar və Ukrayna belə bir kömək istəsə, bu məsələyə baxıla bilər. Makron vurğulayıb ki, qoşun göndərilməsi məsələsini birdəfəlik istisna etmək böyük səhv olardı. Ekspertlər isə qeyd edir ki, hazırda rus ordusu irəliləyir, Ukrayna isə hər cür yardım istəyir. Onda Makronun nəyi gözlədiyi hələ də dəqiq bəlli deyil. Eyni zamanda onun Ukrayna barədə danışdıqları da cəfəng hesab olunur. Məsələn, Ukraynaya yardımların həcminə görə Fransa Almaniyadan geridə qalır. Halbuki, Berlin Ukraynaya Qərb hərbçilərinin göndərilməsi ideyasını dəstəkləmir. Bundan başqa, iyun ayında Avropa İttifaqı ölkələrində Avropa Parlamentinə seçkilər keçirilməlidir. Rəy sorğuları göstərir ki, bir sıra ölkələrdə Ukraynanın dəstəklənməsinə skeptik yanaşan sağ populist partiyalar uğur qazana bilərlər. Sorğulara görə, Fransada da Makronun tərəfdarları sağçı Milli Birlikdən geridə qalırlar. İndi pafoslu açıqlamalarla Makron durumu dəyişmək istəyir. Amma özünü daha çox lağ predmetinə çevirir.  Bu xüsusda Ukraynanın "Strana" nəşri yazır ki, gurultulu açıqlamalar verən Emmanuel Makron Kiyevə gəlməkdən belə qorxur və Ukraynaya qoşun yeritmək üçün qoyduğu şərtləri yerinə yetirmir: "Fransa lideri, iki şərt yerinə yetirilərsə, Müstəqillik ərazisinə qoşun yeridəcəyini açıq şəkildə ifadə etdi: Rusiya ordusunun cəbhədə sıçrayışı və Ukraynanın tələbi. Lakin prezident Volodimir Zelenski çoxdan kömək istəyir. Eyni şey Rusiya ordusunun irəliləyişinə də aiddir. İlin əvvəlindən bəri onlardan ikisi var - Avdeevka və Oçeretinoda. Ruslar bu yerləri tutub. Ancaq heç kim qoşun yeritməyə tələsmir.

Fakt budur ki, NATO-nun aparıcı ölkələri - ABŞ, Britaniya, Almaniya və İtaliya alyansla Rusiya arasında birbaşa toqquşma olacağı təqdirdə nüvə müharibəsi təhlükəsi səbəbindən Makronun təşəbbüsünü dəstəkləməyib. Bundan əlavə, Ukraynaya qoşun yeritmək planlarından dəfələrlə danışan Fransa prezidentinin özü Kiyevə getmir. O, fevralın əvvəlində gəlməli idi, lakin sonra "təhlükəsizlik səbəbi ilə" səfəri təxirə saldı. Mart ayında onun ya yaxın günlərdə, ya da yaxın həftələrdə gələcəyi bildirildi, lakin artıq maydır və Makron hələ də orada deyil. Qərb mediası səfərin ləngiməsini Makronun əvvəlcə digər NATO ölkələri ilə qoşun göndərilməsi mövzusunda "məsləhətləşmək" istəməsi ilə əlaqələndirib. Ancaq məsləhətləşmələr də çox uzanır. Bundan əvvəl Fransa lideri "Lissabondan Odessaya qədər" humanizm ideyalarını və Avropa dəyərlərini müdafiə etməyə çağırıb. Amma yenə də ortada heç nə yoxdur".  Ukraynalı ekspert Aleksandr Çeryomin isə bildirir ki, bu cür bəyanatlarla Makron yalnız Qərbin müəyyən şərtlər altında baş verə biləcək hərbi konsolidasiya ehtimalını nümayiş etdirmək istəyir: "Rusiya üçün əsas məsələ Odessaya çatmaqdır ki, bütün Qara dəniz sahilləri Rusiyanın bir hissəsi olsun. Makron isə indi bütün istiqamətlərdə hücumun getdiyini görüb, sadəcə olaraq arzulamağa başlayır. O göstərmək istəyir ki, rus qoşunlarının müəyyən nöqtədən sonra hücumu NATO ölkələrini Ukraynada öz qoşunlarını yerləşdirməyə sövq edə bilər ". Çeryomin xatırladıb ki, rus qoşunları artıq Xarkov ətrafında və Kiyev yaxınlığında olub, lakin sonra Makron Ukraynaya qoşun yeritmək üçün heç bir tədbir görməyib: "Makron sadəcə olaraq Zelenskinin və ya bəlkə də gələcək yeni prezidentin simasında Ukrayna rəhbərliyinə göstərmək istəyir ki, Fransa onları tərk etməyəcək. Bu fonda da  bəzi anlaşılmaz açıqlamalar verir. Deyir ki, rus qoşunları hansısa xətti  keçəndə Fransa və onun müttəfiqləri hücuma keçəcəklər. Amma bu xəttin nə olduğunu heç kim bilmir". 

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.07.2025 / 15:19
Yeni Kaledoniya: Müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olunub

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910