24 yaşlı şəxs Bakı sakinini hədələyib maşınını oğurladılar
Bakının Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinə mayın 2-si saat 3 radələrində Rüfət adlı şəxsin Bakı şəhər sakini olan bir nəfəri bıçaqla hədələyib onun “Renault” markalı avtomobilini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.
Qeyd edilib ki, avtomobil həmin gün saat səhər saatlarında polislər tərəfindən Salyan yolu 12-nin qarşısında saz vəziyyətdə tapılıb.
Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2000-ci il təvəllüdlü Rüfət Eynullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.
ZÜMRÜD