Qazaxda narkokuryer yaxalanıb
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Nemət Əliyev saxlanılıb. Ondan 1 kq 630 qram heroin və metadon həbi aşkar edilib. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, N.Əliyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.
Mətləb